Nikah evinin yeni binası ilə tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də
Xaçmaz rayonuna səfəri çərçivəsində
şəhərin mərkəzində yerləşən Nikah
evinin binasının açılışını edib.
Məlumat verildi ki, bu bina
2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa
edilib. Bina əsaslı təmir və yenidənqurma işlərindən
sonra Nikah evi kimi fəaliyyət
göstərir. Ümumi sahəsi 448 kvadratmetr olan binada regionun ən böyük təntənəli mərasim
zalının olması nikah bağlayanlar üçün
müxtəlif tədbirlərin təşkili ilə
bağlı geniş imkanlar
açır. Nikaha daxil
olmaq istəyən şəxslərin
qanunvericiliklə müəyyən edilmiş
qaydada tibbi müayinəsi
və onlara tibbi
arayışın verilməsi digər tibb
müəssisələrinə müraciət edilmədən
bilavasitə burada həyata keçiriləcək.
Həmçinin burada nikahı qeydiyyata alınanlar üçün
otaq ayrılıb, təntənəli mərasimlərin
təşkilinə və əməkdaşlara lazımi şərait
yaradılıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 9 sentyabr.- S.2.