Prezident İlham
Əliyev Xaçmazda Bayraq
Meydanında və Bayraq Muzeyində
yaradılan şəraitlə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də
Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində
yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.
Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.
Ərazidə tikintialtı sahəsi 320 kvadratmetr olan 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və diametri 11 metr olan günbəzdən ibarət Bayraq Muzeyi inşa edilib.
Muzeydə tariximizin
ayrı-ayrı dövrlərinə aid eksponatlar, bayraqlar, xəritələr,
konstitusiyalar, orden və
medallar, bir sözlə,
müxtəlif dövlət rəmzləri qorunur.
Burada müstəqillik dövrümüzün
tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Xaçmaz gənclərində,
həm də rayona gələn qonaqlarda şanlı tariximiz
haqqında təsəvvür yaratmağa geniş imkanlar
açır.
AZƏRTAC
Azərbaycan.- 2016.- 9 sentyabr.- S. 2.