Bakıda “Azərbaycan
multikulturalizmi: din və
dil siyasətinin inkişaf
perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir
Sentyabrın 8-də Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi
Kitabxanasında “Azərbaycan
multikulturalizmi: din və
dil siyasətinin inkişaf perspektivləri”
mövzusunda beynəlxalq
konfrans işə başlayıb.
AZƏRTAC
xəbər verir ki, tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
birgə təşkilatçılığı
ilə reallaşdırılır.
Konfransı açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hazırda ölkədə
olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin
Azərbaycan modeli barədə danışıb. Prezident İlham
Əliyevin 2016-cı ilin
Azərbaycanda “Multikulturalizm
ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın
əhəmiyyətindən bəhs edən İ.Həbibbəyli bildirib
ki, dövlətimizin başçısının təşəbbüsü
ilə multikulturalizm dövlət siyasətinin
əsas istiqamətlərindən
birinə çevrilib.
Azərbaycan modeli üç prinsipə əsaslanır: tarixi milli dəyərlər, tolerantlıq və azərbaycançılıq. O deyib: “Burada azərbaycançılıq prinsipi
xüsusi önəm daşıyır”.
Akademik AMEA-da ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığını,
fəlsəfə doktoru
və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm
üzrə elmi-tədqiqat
mövzularının daha
çox diqqət mərkəzində saxlanıldığını,
“Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları”
kitabının təqdimatının
keçirildiyini diqqətə
çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev ölkəmizdə multikulturalizmin
həyat tərzi olduğunu, respublikamızda
multikultural dəyərlərin,
tolerantlıq ənənələrinin
əsrlərə söykəndiyini
qeyd edib. O deyib: “Azərbaycanda normal
tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri,
fərqli dinlərə
mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq,
dostluq şəraitində
yanaşı yaşayırlar”.
Azərbaycan multikulturalizminin dünyanın
müxtəlif ölkələrində
təbliğ və tədris edildiyini diqqətə çatdıran
K.Abdullayev ölkəmizin
ali təhsil
müəssisələrində bu fənnin tədrisinin əhəmiyyətini
xüsusi vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə
malik ölkə kimi tanıdılmasının
nəticəsidir. “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının
nəşri, “Azərbaycan
multikulturalizmi” dərsliyinin
yazılması, “Multikulturalizm”
jurnalının çap
edilməsi, eyniadlı
fənnin proqramının
tərtib olunaraq dünya universitetlərinə
təqdim edilməsi, dünyanın 15 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi”
fənninin faydası və lazımlılıq
dərəcəsi bizim
işimizin həm mürəkkəbliyini, həm
çoxşaxəliliyini, həm
də cəmiyyətimiz,
gələcəyimiz üçün
vacibliyini bir daha göstərir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı qeyd edib ki, bu
gün dünyada multikulturalizmin alternativi yoxdur. Tarixən tolerant və
multikultural dəyərləri
üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil
edən Azərbaycanda
bütün dinlərin
nümayəndələri – müsəlman, xristian, yəhudilər əsrlərdir
sülh və qardaşlıq şəraitində
yaşayırlar.
Komitə sədri dünyadakı bütün problemlərin
həllinin dinlər, sivilizasiyalararası dialoqlardan,
digər dinlərin, dillərin, müxtəlif
mədəniyyətlərin, eləcə də ayrı-ayrı irqlərin
nümayəndələrinə bərabər münasibətin,
hörmətin göstərilməsindən
– multikulturalizmdən asılı
olduğunu söyləyib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov tədbirin mövzusunun aktuallığını
diqqətə çatdırıb,
bu cür tədbirlərin keçirilməsinin
ənənə halını
almasının vacibliyini
bildirib. O, Prezident İlham Əliyevin ölkəmizdə Azərbaycan
dilinin inkişafına,
təbliğinə, tədrisinə,
tədqiqinə və
dil siyasətinin həyata keçirilməsinə
göstərdiyi diqqət
və qayğıdan söz açıb.
Qeyd edilib ki, fəaliyyətə başladığı gündən
Bilik Fondu tərəfindən multikultural
dəyərlər, tolerantlıq,
xalqımızın milli
mənəvi dəyərlərinin
qorunması istiqamətində
bir sıra tədbirlər həyata keçirilib. 2016-cı ildə Bilik Fondu müxtəlif dövlət və elmi qurumlarla birgə 19 konfrans təşkil edib ki, bunlardan doqquzu
multikulturalizm mövzusunda
problemlərə həsr
olunub.
Tədbirdə akademiyanın Nəsimi
adına Dilçilik İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Qafqaz Müsəlmanları İdarəsinin
sədr müavini Qəmər Cavadlı, rusiyalı professor Marianna Dvoreçkaya,
türkiyəli alim Selçuk Seçkin və ölkəmizdə fəaliyyət göstərən
müxtəlif konfessiyaların
və dini icmaların nümayəndələri
mövzunun aktuallığını
vurğulayaraq, multikulturalizm
dəyərlərini birgə
səylərlə təşviq
etməyin vacibliyini vurğulayıblar.
Konfransın plenar iclasında
“Vicdan azadlığının
və ana dilində danışmaq hüququnun konstitusion hüquqi təminatı” mövzusunda məruzə ilə çıxış
edən Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan
Vəliyev qeyd edib ki, insanın
əsas hüquq və azadlıqlarından
sayılan vicdan azadlığı və ana dilində danışmaq hüququnun
təmin olunması demokratik cəmiyyətlərin,
dövlətlərin ümumi
inkişafının təməl
prinsiplərindən sayılır.
Vicdan azadlığı hər kəsin dinə münasibəti ilə bağlıdır. Azərbaycan Respublikasının
1995-ci ildə qəbul
olunmuş Konstitusiyasında
din və dövlət
münasibətləri beynəlxalq
standartlara uyğun şəkildə tənzimlənib
və ölkəmiz dünyəvi dövlət
elan edilib. Azərbaycanda vicdan azadlığı
hüququnun təminatı
sırasında ən
mühüm yerlərdən
birini bərabərlik
hüququ prinsipi tutur.
Konfransın bölmə iclaslarında
“Müasir Azərbaycanda
dövlət-din münasibətləri”,
“Azərbaycan tatlarının
dilinin etnoqrafik leksikasına dair Azərbaycan dilinin nitq mədəniyyəti problemləri”, “Qafqaz xalqlarının dilində
işlənən “kotan”
termini qədim mədəni
əlaqələrin yadigarı
kimi”, “Azərbaycan Respublikasında milli azlıqların mədəni
irsinin qorunması və inkişafı”, “Heydər Əliyev Azərbaycanda multikulturalizmin
siyasi banisi kimi” və digər
mövzularda məruzələr
dinlənilib.
Konfrans işini
sentyabrın 9-da başa
çatdıracaq.
AZƏRTAC
Azərbaycan.- 2016.- 9 sentyabr.- S.7.