2020-ci ildə futbol üzrə Avropa
çempionatının 4 oyununun (üç qrup və bir 1//4 oyunu) Bakı şəhərində
keçirilməsi üzrə Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.
Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılsın:
Təşkilat
Komitəsinin sədri
Yaqub Eyyubov -
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Təşkilat
Komitəsinin sədr müavini
Rövnəq Abdullayev - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri
Təşkilat
Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Şahin
Mustafayev
- Azərbaycan
Respublikasının iqtisadiyyat
naziri
Samir Şərifov
- Azərbaycan
Respublikasının maliyyə
naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil
naziri
Ziya Məmmədov - Azərbaycan
Respublikasının nəqliyyat
naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə
naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının
mədəniyyət və
turizm naziri
Ramin Quluzadə - Azərbaycan
Respublikasının rabitə
və yüksək texnologiyalar naziri
Mədət Quliyev - Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Aydın
Əliyev - Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
sədri
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Etibar Pirverdiyev - “Azərenerji”
Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Balababa Rzayev - “Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin vitse-prezidenti,
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Anar Ələkbərov - Heydər
Əliyev Mərkəzinin
direktoru
Ağacan
Abiyev - Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Fərhad
Hacıyev - Azərbaycan Respublikasının
Prezidenti yanında Fondunun icraçı direktoru
İlham
Mədətov - XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin
rəhbəri,
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin
katibi)
Elxan Məmmədov - Azərbaycan
Futbol Federasiyaları Assosiasiyasının Baş
katibi, Avropa çempionatının 4 oyununun
(üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi
üzrə əlaqələndirici.
2. 2020-ci ildə
futbol üzrə Avropa çempionatının
4 oyununun Bakı şəhərində keçirilməsi
ilə bağlı bütün təşkilati
işlərin icra olunması, UEFA və Avropa çempionatının
12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin
aparılması Azərbaycan
Futbol Federasiyaları Assosiasiyasına həvalə
olunsun.
3. Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası
2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun
Bakı şəhərində
keçirilməsi ilə
bağlı xüsusi
tədbirlər planı
hazırlayıb Təşkilat
Komitəsinə təqdim
etsin.
4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə
futbol üzrə Avropa çempionatının
4 oyununun Bakı şəhərində keçirilməsi
ilə bağlı zəruri məsələləri
həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 2.