“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 2, maddə 61, N 7, maddə 533, N 10, maddə 780, N 12, maddə 983; 2010, N 2, maddələr 77, 80; 2011, N 2, maddə 85; 2015, N 2, maddə 108, N 9, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambuladan “sığorta fəaliyyəti,” sözləri çıxarılsın.

2. 1-ci hissədən “və Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri çıxarılsın.

3. 9-cu hissə ləğv edilsin.

4. Həmin fərmanla təsdiq edilmiş Əlavə I - “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Strukturunun 5-ci hissəsi ləğv edilsin.

5. Həmin fərmanla təsdiq edilmiş Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:

5.1. 1-ci hissədən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın;

5.2. 7.4-cü bənd ləğv edilsin;

5.3. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“7.10. ölkə iqtisadiyyatına xaricidaxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;”;

5.4. 7.11-ci bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın;

5.5. 8.28-ci bənddən “sığorta fəaliyyətinə nəzarəti təşkil etmək,” sözləri çıxarılsın;

5.6. 8.29-cu bənd ləğv edilsin;

5.7. 8.53-cü bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın;

5.8. 8.67-ci bənddən “və dövlət sığorta nəzarəti” sözləri çıxarılsın;

5.9. 9.8-ci və 9.9-cu bəndlər ləğv edilsin;

5.10. 10-cu hissədən “Dövlət Sığorta Nəzarəti Xidməti,” sözləri çıxarılsın;

5.11. 18.2-ci bənddən “Dövlət Sığorta Nəzarəti Xidmətinin,” sözləri çıxarılsın;

5.12. 18.5-ci bənddən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın;

5.13. 27-ci hissənin birinci cümləsindən “, sığorta tənzimlənməsi və nəzarəti metodikasının” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 2.