Ekoloji Turizm Şurası
yaradılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyində
(ETSN) təbiət turizmi
üzrə ixtisaslaşan
şirkət və qrup nümayəndələrinin
də daxil olduğu şura yaradılıb. Məqsəd təbiət turizmini
təbiətə ziyan
vurmadan inkişaf etdirmək, bu sahədə qərarların
qəbulunda ictimaiyyətin
müvafiq sahə üzrə nümayəndələrinin
iştirakını təmin
etməkdir. Bu barədə AZƏRTAC-a nazirliyin
mətbuat xidmətindən
məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanın hərtərəfli
inkişafı, lazımi
infrastrukturun yaradılması
ölkədə turizmin
inkişafı üçün
də şəraitin formalaşmasına səbəb
olub. Təbiət turizmi sahəsində
də sıçrayışlı
artım göz qabağındadır. Turizm
genişlənir, təbiətə
kütləvi axın
baş verir. Belə kəskin artım bəzən təbiətə
münasibətdə təbii
yerlərin tükənməsi
ilə bağlı problemlərin ortaya çıxmasına səbəb
olur. Yalnız məsələyə düzgün yanaşma belə problemlərin qarşısını ala bilər.
Cəza və cərimə ilə bərabər, həm də təbiətə qayğı
aşılayan tərbiyəvi
tədbirlərin görülməsinə
ehtiyac var.
Təbiətin mühafizəsinə cavabdeh
qurum kimi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi təşəbbüslə
çıxış edib. Təbiət və dağ turizmi ilə məşğul olan şirkət və qrupların təbiətə
kütləvi axın
nəticəsində yaranan
fəsadlarla bağlı
məlumatlandırılması və mövcud problemlərin birgə müzakirəsi məqsədilə
nazirlikdə görüş
keçirilib. 30-dək
turizm şirkətinin
rəhbəri, dağçılıq
klublarının təmsilçiləri,
fərdi təbiət
həvəskarları, həmçinin
Mədəniyyət və
Turizm, Gənclər və İdman nazirliklərinın nümayəndələrinin
dəvət olunduğu
görüşü giriş
sözü ilə nazir Hüseyn Bağırov açıb.
Nazir qeyd edib ki, 2002-ci ildən ölkə başçısının təşəbbüsü
ilə qoruq əraziləri genişləndirilib
və milli parklara çevrilib. Az müddətdə xüsusi mühafizə olunan ərazilər 400 min
hektardan 1 milyon hektara çatdırılıb.
Həmin
ərazilərdə mühafizə
işləri sayəsində
təbii bərpa gedib, torpaqlar mal-qaranın tapdağından,
eroziyadan xilas edilib. Amma görməli təbiət
ərazilərinə, meşələrə,
dağlara kortəbii və pərakəndə şəkildə təşkil
olunan çoxsaylı
turlar nəticəsində
təbiət ərazilərinin
həddindən artıq
istismarı müşahidə
edilir, o cümlədən
meşə və dağların müxtəlif
tullantılarla çirkləndirilməsi
baş verir. Bu cür hallara
qarşı ETSN tərəfindən
inzibati qaydada mütəmadi tədbirlər
görülsə də,
konstruktiv ruhda əməkdaşlıq etmək
və təbiətə
ziyan gətirməyən
fəaliyyəti qurmaq
üçün yollar
tapılmalıdır. Bu səbəbdən belə
bir görüşün
keçirilməsi zərurətinin
yarandığını qeyd
edən nazir bildirib: “Sadəcə, bir məsələni unutmamalıyıq ki, təbiətin də öz tutumu var və həddən
artıq kütləvilik
olanda təbiət onun öhdəsindən gələ bilmir, özünü bərpa edə bilmir”.
Sonra mövzu ətrafında müzakirə
lərə başlanılıb.
Turizm şirkətlərinin
nümayəndələri, o cümlədən “Ekstrim”
turizm şirkətinin
direktoru C.Abdullayeva, “Millenium turizm”in rəhbəri R.Quliyev, “ZD Travel”in direktor müavini H.Məmmədov,
“Baku Holiday”in direktoru R.Rzayev, fərdi təbiət həvəskarı
C.Qara və başqaları çıxışlarında
təbiətə ziyan
vurmadan fəaliyyət
göstərməyin tərəfdarı
olduqlarını, bu işdə öz məsuliyyətlərini dərk
etdiklərini bildiriblər.
Müzakirələrdə nazirlik tərəfindən
yüksək dağlıq
ərazilərdə yerləşən
milli parklara giriş prosedurlarının
və sənədləşmə
işlərinin daha da sadələşdirilməsi
məsələsinə də
toxunulub. Nazir təklif edib
ki, müraciət edən şirkət, klub və ya
digər təşkilat
yüksək dağlıq
ərazilərdə turistlər
üçün təhlükə
yarandığı təqdirdə
xilasetmə işlərinin
təşkilini, sığorta
işlərini, milli parkda davranış qaydalarına riayət edilməsini və digər bu kimi
zəruri şərtləri
boynuna götürəcəyi
təqdirdə giriş
1 gün ərzində
həyata keçirilsin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
nəzdində təbiət
turizmi ilə məşğul olan şirkət və qrupların nümayəndələrinin
iştirakı ilə
Ekoloji Turizm Şurasının yaradılması
fikri iştirakçılar
tərəfindən dəstəklənib.
Toplantının yekunu
olaraq nazir
H.Bağırovun sədrliyi ilə Ekologiya
və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Gənclər və İdman
nazirliklərinin, turizm şirkətlərinin,
dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrindən
ibarət Ekoloji Turizm
Şurası yaradılıb.
Azərbaycan.- 2016.- 10 sentyabr.- S.4.