Xeyirxahlığın,
insanpərvərliyin, bərabərliyin rəmzi
Prezident İlham
ƏLİYEV: “Mübarək Qurban
bayramı insanları mərhəmətə, həmrəyliyə,
qardaşlıq və humanizmə dəvət edən bir bayramdır”
70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna nail olma bilmədi. İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən Qurban və Ramazan bayramları hər il azərbaycanlıların müqəddəs bayramı kimi qeyd olunur. Bu və digər dini dəyərlərə qəlbən bağlanan Azərbaycan insanı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb.
İslam dininin iki böyük
bayramı var. Bunlar Ramazan və Qurban bayramlarıdır. Qurban bayramı
Həzrəti İbrahim
peyğəmbərin yuxuda
aldığı ilahi
vəhyə əsasən
öz oğlu İsmayılı Mina vadisinə
gətirib Allah yolunda qurban kəsmək cəhdi ilə bağlıdır. Qonaqpərvərlik, başqalarının halına
yanma, rəhmlilik, xeyriyyəçilik, kimsəsizlərə
baş çəkmək,
dərdə şərik
çıxmaq xalqımızın
sahib olduğu mənəvi
zənginliklərdəndir. Məhz Qurban bayramına məxsus ənənələrin məsələn,
qurbanlıq ətin kasıblara
paylanması, qurbanlıq
heyvanın bir müddət əvvəl bəslənməsi, bəzədilib
Allah yolunda kəsilərək
əsasən yoxsullara
paylanması, bayram süfrələrinin təşkil
edilməsi xalqımızın
mənəvi dəyərlərə
bağlılığını təsdiqləyir.
İslama görə, qoyun, inək və dəvədən qurban kəsilməsi vacib sayılır. Kəsiləcək qurbanlıq heyvanın
qüsursuz olmasına
diqqət edilməlidir.
Belə ki, qulağı kəsik, buynuzu sınmış, şikəst,
qoca, xəstə, haram pulla alınmış
heyvanları qurban kəsmək olmaz. Qurban kəsən adam ətin
bir hissəsini özünə götürə
bilər, bir hissəsini qonşulara, qohumlara, dostlara paylaya bilər, bir hissəsini isə mütləq kasıblara və ehtiyacı olanlara verməlidir. Əlbəttə, qurbanın sahibi
ətin hamısını
kasıblara, yoxsullara verə bilər. Bunun savabı daha çoxdur. Qurban sözünün ərəb dilindən tərcüməsi “yaxınlıq”
mənasını verir.
Qurban Allaha yaxınlıq niyyəti ilə yuxarıda göstərilən
heyvanlardan birini şəriətə uyğun
qaydalarla kəsməkdən
ibarət olan bir ibadət əməlidir.
Azərbaycan Respublikası müstəqillik
əldə etdikdən
sonra Qurban bayramı dövlət səviyyəsində qeyd olunur, dövlət başçısı xalqı
rəsmi müraciətlə
təbrik edir. Ölkə
Prezidentinin andiçmə
mərasimlərində Azərbaycan
Respublikası Konstitusiyası
ilə yanaşı, müqəddəs Qurani-Kərimə
də əl basaraq dövlətə və xalqa sədaqətlə
xidmət edəcəyinə,
milli-mənəvi, dini
dəyərləri qoruyacağına
and içməsi Azərbaycanda
vicdan azadlığının
ən ali
səviyyədə təmin
olunduğunu bir daha təsdiqləyir. Xalqımızın islami dəyərlərə
bağlılığı dövlət rəmzlərində
də özünü
bariz təcəssüm
etdirir. Respublikamızın üçrəngli bayrağında yaşıl
rəngin islamçılıq
rəmzi kimi yer alması da xalqımızın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə
həssas münasibətinin
ifadəsidir.
Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları
haqqında” qanuna və Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 105-ci maddəsinə əsasən Qurban
və Ramazan bayramları iş günü hesab edilmir. Bu, dövlətin
vətəndaşların vicdan
azadlığına necə
yüksək həssaslıqla
yanaşdığını bir daha təsdiqləyir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Ulu öndər 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdi: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!”
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son 13 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu müqəddəs bayramı belə xarakterizə etmişdi: “Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.
Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir”.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 1.