Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Sentyabrın
10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası
keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın sentyabrın 7-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində “exit-poll” keçirmək niyyəti ilə “Rəy” Monitorinq Mərkəzi tərəfindən MSK-ya ünvanlanmış müraciətə baxılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciət Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra “Rəy” Monitorinq Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə
də baxılıb.
Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 3.