Bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 18/80
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Reyhan İsfəndiyar qızı İmanova 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
2. Aynur Mustafa qızı Süleymanova 27 saylı Sabunçu ikinci, Həsən Əbil oğlu Həsənov 99 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
10.09.2016-cı il
Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 3.