Prezident İlham
Əliyev Bakıdakı 12 nömrəli orta
məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə
tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Bakının Nizami rayonundakı 12 nömrəli tam
orta məktəb üçün tikilmiş yeni tədris
korpusunda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, əsası 1974-cü ildə qoyulan bu məktəb bir neçə il bundan əvvəl əsaslı təmir olunub. Lakin ərazidə əhali sıxlığının artması məktəbə gələn şagirdlərin sayının çoxalmasına təsir göstərdiyindən 12 nömrəli məktəb üçün də yeni korpusun tikintisinə qərar verildi. Bununla da 960 şagird yerlik məktəbin ərazisində 432 şagird üçün nəzərdə tutulan və 18 sinif otağından ibarət yeni bina inşa olunub. Nəticədə məktəb birnövbəli sistemə keçib. İndi geniş və işıqlı sinif otaqları məktəbdə tədris prosesinin yüksək səviyyədə aparılmasına imkan verir.
Beləliklə, ötən illərdə
ölkəmizdə heç bir dövrdə olmayan qədər
məktəb binası tikilib, bir çox təhsil
ocağı üçün yeni tədris korpusları inşa
olunub. Bu proses ən ucqar
yaşayış məntəqələrini də əhatə
edib. Heydər Əliyev Fondu
da dövlət səviyyəsində həyata
keçirilən bu proqrama
hərtərəfli dəstək göstərib. Bununla da Azərbaycanda yüzlərlə məktəbin
tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi,
bir sözlə, ölkədə nəhəng
təhsil infrastrukturunun
formalaşdırılması yeni təhsil
modelinin tətbiqindən irəli gələn
uğurlar sayəsində mümkün
olub. Bu modelin nailiyyətlərini isə mükəmməl
təhsil konsepsiyası təşkil edir.
AZƏRTAC
Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 2.