Prezident İlham
Əliyev 9 nömrəli Bakı Peşə Liseyinin
IT STEP akademiyasında yaradılan şəraitlə
tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Binəqədi rayonunda əsaslı təmir
edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin
bazasında yaradılmış IT STEP akademiyasında
görülən işlərlə tanış olub.
Təhsil naziri Mikayıl Cabbarov dövlətimizin başçısına məlumat verdi ki, 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusu bu il əsaslı təmir olunub. Ümumi sahəsi 1400 kvadratmetrdən çox olan korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək.
IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir.
Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər. Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500 nəfərə çatacağı gözlənilir. Akademiyada 17 kompyuter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək.
Qeyd edək ki,
yeni təhsil sistemində peşə təhsilinin
inkişaf etdirilməsi prioritet
istiqamət kimi müəyyən olunub. Bunu Prezident
İlham Əliyevin bu
ilin aprelində Təhsil Nazirliyi
yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı
imzaladığı Fərman da təsdiqləyir.
Peşə təhsilinin inkişafı istiqamətində
atılan addımlar isə ölkədə bu
sahənin potensialının tam üzə
çıxarılmasına imkan verəcək.
Çünki ölkə
iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə
təhsili sahəsində hazırlanan kadrlara
ehtiyacı getdikcə artırır. Peşə təhsilində
tədris prosesinin yaxşı
qurulması, bu istiqamətdə özəl
sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi
indi qarşıda duran
əsas vəzifələrdən biridir. Onu da deyək ki, hazırda Azərbaycanda 115 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi
mövcuddur. Burada təxminən
24 minə yaxın şagird təhsil
alır, 6 minə yaxın pedaqoji və
köməkçi heyət çalışır.
AZƏRTAC
Azərbaycan. - 2016.- 15 sentyabr.- S.2.