IDEA İctimai Birliyi IUCN-nin Ümumdünya Mühafizə Konqresində

 

IDEA İctimai Birliyi Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (International Union for the Conservation of Nature – IUCN) ABŞ-ın Honolulu şəhərində (Havayi ştatı) sentyabrın 1-11-də təşkil olunmuş Ümumdünya Mühafizə Konqresində iştirak edib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, IUCN-nin üzvü qismində IDEA Konqres çərçivəsində keçirilmiş iclaslarda, o cümlədən təşkilatın yeni prezidentininregional nümayəndələrinin seçilməsində, növbəti 4 il üçün hədəflərinin müəyyən olunmasında yaxından iştirak edib. IDEA təbiətin mühafizəsi ilə bağlı şüarların təsdiq olunması ilə bağlı müzakirələrdə töhfə verməklə, ölkəmiz və regionumuzun biomüxtəlifliyinin üzləşdiyi təhdidləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Konqresin keçirildiyi məkanda quraşdırılmış IDEA İctimai Birliyinin özünəməxsus pavilyonu tədbir iştirakçılarının geniş marağına səbəb olub.

Sözügedən stendin divarları IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, “Baku Cornerin təşəbbüskarı Leyla Əliyevanın Azərbaycanın nadir fauna növlərini tərənnüm edən rəsmləri ilə bəzədilib. Müəllifin təsvir etdiyi bəbir və ceyran obrazları bu valehedici heyvanların təbiətimiz üçün əhəmiyyətini və onların üzləşdiyi təhdidləri əks etdirir. Pavilyonu ziyarət edən minlərlə insan onun möhtəşəmliyindən zövq almaqla yanaşı, Azərbaycanın təbiət inciləri barədə geniş məlumat alıb. Ziyarətçilər arasında keçirilmiş kiçik müsabiqələrin qaliblərinə “Baku Cornerin müxtəlif qiymətli xatirə hədiyyələri təqdim edilib.

Pavilyonda IDEA İctimai Birliyinin son 5 ildə həyata keçirdiyi biomüxtəlifliyin mühafizəsi layihələri və əldə etdiyi nailiyyətlər əks olunub, Azərbaycanın füsunkar təbiəti ilə bağlı çəkilmiş sənədli filmlər, o cümlədən IDEA-nın təşəbbüsü olan “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində Göygöl, AğgölŞirvan Milli Parkları ilə bağlı çəkilmiş filmlər nümayiş etdirilib, ölkəmizin ekosistemi barədə ətraflı məlumat verilib. Ziyarətçilərə IDEA-nın müxtəlif təşviqat-təbliğat materialları və maarifləndirici məhsulları təqdim olunub. IDEA-nın fəaliyyəti Konqres iştirakçıları və yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

IUCN-nin İcraçı direktoru xanım İnqer Andersen IDEA-nın Konqresin işində fəal iştirakını və möhtəşəm pavilyonunu təqdir edib. O, həmçinin IUCN tərəfindən təbiətin mühafizəsi ilə bağlı həyata keçirilən layihələrə dəstəyinə və ətraf mühitin qorunması səylərinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

“Planetlər yol kəsişməsində” (Planets at the crossroad) şüarı altında keçirilmiş 2016 Ümumdünya Mühafizə Konqresində 192 ölkədən 10 mindən çox nümayəndə iştirak edib. Konqresin ən böyük uğuru təbiətin mühafizəsi üzrə “Havayi öhdəlikləri” kimi tanınan post-2015 gündəliyi və yol xəritəsini qəbul etməsi olub. Sənəddə əks olunan əsas öhdəliklər xüsusi mühafizə olunan ərazilərin sənayeyə bağlanması, açıq dənizin mühafizəsi, meşələrin qorunması və s. kimi məsələləri əhatə edib.

IDEA İctimai Birliyi 2014-cü ildən etibarən IUCN-nin tamhüquqlu üzvüdür. Əsası 1948-ci ildə qoyulan IUCN bu gün dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ən böyük və ən qədim qurum olaraq tanınır. Hal-hazırda təşkilatın 200-dən çoxu hökumət, 900-dən çoxu isə qeyri-hökumət təşkilatı olmaqla ümumilikdə 1200 üzvü var. IUCN-nin qlobal “Qırmızı Siyahısı” dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin əks olunduğu ən mükəmməl sənəd hesab olunur.

 

“Baku Corner” Beynəlxalq Konqresdə təqdim olunub

 

Sentyabrın 1-11-də ABŞ-ın Honolulu şəhərində (Havayi ştatı) təşkil olunan, 10 mindən artıq insanın iştirak etdiyi Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (International Union for the Conservation of Nature – IUCN) Ümumdünya Mühafizə Konqresində “Baku Corner”in cazibədar guşəsi quraşdırılıb.

Sözügedən stendin divarları “Baku Corner”in təşəbbüskarı Leyla Əliyevanın Azərbaycanın nadir fauna növlərini tərənnüm edən rəsmləri ilə bəzədilib. Müəllifin təsvir etdiyi bəbir ceyran obrazları bu valehedici heyvanların təbiətimiz üçün əhəmiyyətini onların üzləşdiyi təhdidləri əks etdirir. Pavilyonu ziyarət edən yüzlərlə insan onun möhtəşəmliyindən zövq almaqla yanaşı, Azərbaycanın təbiət inciləri barədə geniş məlumat alıb. Ziyarətçilər arasında keçirilmiş kiçik müsabiqələrin qaliblərinə “Baku Corner”in müxtəlif qiymətli xatirə hədiyyələri təqdim edilib.

Baku Corner” Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada istedadlı insanların dəstəklənməsinə yönəlmiş qlobal səylərə töhfə vermək məqsədi daşıyan qeyri-kommersiya layihəsidir.Baku Corneryerlixarici sənətkarlar tərəfindən hazırlanmış məhsulların geniş kolleksiyasını təklif edir. Bu cür unikal xeyriyyə layihəsinin təsis edilməsi təşəbbüsünü üzərinə götürməsi ilə yanaşı, Leyla Əliyeva insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə öz incəsənət əsərlərini də layihə üçün bəxş edib.

 

Azərbaycan.- 2016.- 16 sentyabr.- S. 5.