Azərbaycan Prezidenti İlham Əliyev
Bişkekdə Moldovanın Baş naziri Pavel Filip
ilə görüşüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
16-da Bişkekdə Moldova Respublikasının Baş naziri
Pavel Filip ilə görüşüb.
Görüşdə ölkələrimiz
arasında münasibətlərin yaxşı səviyyədə
olduğu bildirildi, əlaqələrimizin
böyük potensiala malik olmasından məmnunluq ifadə edildi. Azərbaycan və
Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki
əməkdaşlığının yüksək səviyyədə
olduğu vurğulandı. Ölkələrimiz
arasında əməkdaşlığın daha
da inkişaf etdirilməsində
hər iki tərəfin maraqlı olduğu diqqətə
çatdırıldı, iqtisadi, ticari, nəqliyyat, energetika,
sərmayə qoyuluşu, kənd təsərrüfatı
sahələrində yaxşı əməkdaşlığın
mövcudluğu qeyd edildi. Hökumətlərarası
komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin
həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 17 sentyabr.- S. 1.