“Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 347
¹ 347 Bakı şəhəri,
16 sentyabr 2016-cı il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Lisenziyaların və
icazələrin vahid reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 16 sentyabr tarixli 347 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
Lisenziyaların və icazələrin
vahid reyestrinin aparılması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun
8.4-cü maddəsinə uyğun
olaraq hazırlanmışdır
və respublikada verilmiş lisenziyalar və icazələrlə
bağlı məlumatları
özündə ehtiva
edən vahid reyestrin aparılması qaydasını müəyyən
edir.
1.2. Lisenziyaların və icazələrin vahid reyestri (bundan sonra – reyestr) Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
(bundan sonra – Nazirlik) tərəfindən
aparılır.
1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Nazirlik tərəfindən təmin
edilir.
2. Reyestrin aparılması prinsipləri
2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.
2.2. Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün açıqdır.
2.3. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.
2.4. Reyestrin formalaşdırılması,
aparılması, istifadəsi
və orada saxlanılan məlumatların
mühafizəsi elektron
texnologiyalar əsasında
həyata keçirilir.
3. Reyestrin strukturu və reyestrə daxil edilən məlumatlar
3.1.Reyestr “Lisenziyalar” və “İcazələr” bölmələrindən ibarətdir.
3.2. Reyestrə lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatlar daxil edilir:
3.2.1. lisenziya və icazə verən orqanın adı və ünvanı;
3.2.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);
3.2.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinineyniləşdirmə nömrəsi;
3.2.4. lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);
3.2.5. əgər varsa, icazənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
3.2.6. lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;
3.2.7. lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);
3.2.8. yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);
3.2.9. lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);
3.2.10. lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);
3.2.11. lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğvetmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.
4. Reyestrin aparılması
4.1. Reyestr elektron formada aparılır.
4.2. “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikası
Qanununun 1 nömrəli
əlavəsində nəzərdə
tutulmuş fəaliyyət
növlərinə verilən
lisenziyalar, 3 nömrəli
əlavəsində nəzərdə
tutulmuş Nazirlik tərəfindən verilən
icazələr istisna olmaqla digər lisenziya və icazələrə dair Qanunun 6.3.2-ci maddəsində
göstərilən reyestrə
yeni məlumatlar daxil edildikdə və ya həmin
məlumatlar dəyişdirildikdə,
onlar lisenziya və icazə verən orqan tərəfindən reyestrə
daxil edilmək üçün hər ayın 10-dək elektron qaydada Nazirliyə təqdim edilir. Həmin məlumatlar təqdim edildiyi gün reyestrə daxil edilir.
4.3. Nazirlik tərəfindən
verilən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3 nömrəli əlavələrində nəzərdə
tutulmuş lisenziya və icazələrə dair bu Qaydanın
3.2-ci bəndində göstərilən
məlumatlar yeniləndiyi
gün reyestrdə qeydə alınır.
4.4. “Lisenziyalar və icazələr” portalında
yerləşdirilən reyestrə
məlumatların daxil
edilməsi və yenilənməsi həmin
portal vasitəsilə həyata
keçirilir.
5. Reyestrdən istifadə
5.1. Reyestrdən dövlət orqanları, bələdiyyələr,
təşkilati hüquqi
formasından asılı
olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin
filial və nümayəndəlikləri,
fərdi sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər.
5.2. Reyestrdə olan məlumatlar bu Qaydanın 5.1-ci bəndində
göstərilən subyektlərin
yazılı (o cümlədən
elektron) sorğusu əsasında sorğunun daxil olduğu tarixdən 5 (beş)
iş günü ərzində Nazirlik tərəfindən verilir.
5.3. “Lisenziyalar və icazələr” portalında
yerləşdirilən reyestrdən
məlumatlar bu Qaydanın 5.1-ci bəndində
göstərilən subyektlər
tərəfindən həmin
portalda olan axtarış sistemi vasitəsilə birbaşa
əldə olunur.
5.4. Reyestrdən istifadə və reyestrdən məlumatların alınması
ödənişsizdir.
Azərbaycan.- 2016.- 17 sentyabr.- 4.