İlham Əliyev: "Gəlmişəm
ki, pambıqçılığı bərpa
edim"
Sosialist Əməyi Qəhrəmanı
Fatma Hüseynovanın pambıq tarlası ilə
tanışıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı
Fatma Hüseynovanın pambıq tarlası ilə tanış
olub.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı İlham Əliyev pambıqçılarla görüşdü.
Fatma
HÜSEYNOVA dedi: Özüm
ali təhsilli
aqronomam. Mən bunun sentnerini
hesablamışam, təxminən
35-40 sentner arasında
məhsul olacaq. Ümumiyyətlə, bizim Sabirabadda
pambıq pis deyil.
Prezident
İlham ƏLİYEV: Amma
son vaxtlar az
əkilir. Ona görə gəlmişəm
ki, bərpa edim.
Fatma
HÜSEYNOVA: Bəli, bunu
bərpa etmisiniz. Allah Sizə ömür
versin. Bax, bu, qızların
çörəyidir, həyatıdır.
Vallah, hamısı sevinir. Eşidən
də deyir Allah Prezidentin köməyi olsun ki, bunu
bərpa etdi, təzədən qaytardı.
Prezident
İlham ƏLİYEV: Mənə
məlumat verilib ki, bu il altı min hektar əkilib. Gələn il
15 min hektar olacaq.
Fatma Hüseynova
15 hektar sahədə yaxşı məhsul yetişdirmək üçün
onlara hər cür şərait yaradıldığını bildirdi. O, ulu öndər Heydər Əliyevin bu tarlalara gəlişini xatırladı, yerli sakinlərin həmin səfərləri və ümumiyyətlə, ümummilli
liderin xatirəsini daim ehtiramla yad etdiklərini diqqətə çatdırdı.
Sonra söhbət
çay süfrəsi
arxasında davam etdirildi.
Fatma Hüseynova
ulu öndər Heydər Əliyevin Sabirabada səfərlərinin
birində çəkilmiş
fotoşəkli və
səfərə həsr
edilmiş yerli “Muğan” qəzetinin bir nüsxəsini dövlət başçısına
təqdim etdi.
Pambıqçılar Prezident İlham Əliyev tərəfindən
pambıqçılığın yenidən dirçəldilməsi
ilə bağlı təşəbbüsünü mühüm hadisə kimi dəyərləndirdilər.
Prezident İlham ƏLİYEV: Biz indi pambığın inkişafını planlı şəkildə aparmalıyıq. Ona görə indi işlər görülür, qısa müddət ərzində tədbirlər həyata keçirilib, texnika gətirilib, suvarma işləri təmin edilib. Ancaq bizim əsas işimiz gələn il olacaq. Gələn ilə hazırlıqlar ciddi gedəcək. Vaxtımız da çoxdur. Əgər bu il təxminən 51 min hektar əkilibsə, gələn il ölkə üzrə təqribən 120-130 min hektar əkilməlidir. Bu da iş yerləri deməkdir. İnsanları işlə təmin etmək üçün bu, çox vacib sahədir. Yaxşı pul alacaqlar.
Dövlət başçısı rayonda torpaq sahələrinin vəziyyəti ilə maraqlandı.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov torpaqlardan təyinatı üzrə istifadə edilməsi üçün görülən tədbirlərlə bağlı Prezidentə məlumat verdi.
Prezident İlham Əliyev pambıqçılığın perspektivləri, pambığın məhsuldarlığının artırılması, hazır məhsulun satınalma qiymətləri ilə əlaqədar pambıqçılarla söhbət etdi.
Söhbət zamanı pambığın məhsuldarlığının artırılmasında müasir suvarma sisteminin tətbiqi, kənd təsərrüfatı texnikasının və gübrələrin alınmasının əhəmiyyəti qeyd edildi.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2016.- 18 sentyabr.- S. 1,
2.