Azərbaycanın
xarici işlər naziri
Nyu-York şəhərində işgüzar səfərdədir
BMT
Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində
iştirak etmək üçün xarici işlər naziri
Elmar Məmmədyarov Nyu-York şəhərində
işgüzar səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş
Məclisinin 71-ci sessiyasının ümumi
müzakirələr hissəsində
çıxışı, sessiya çərçivəsində
keçiriləcək İslam Əməkdaşlıq
Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin
İllik Əlaqələndirmə görüşü, Nüvə
Sınaqlarının Hərtərəfli Qadağan
Olunması üzrə Müqavilə dövlətlərinin
8-ci Nazirlər toplantısı, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin Xarici İşlər Nazirləri
Şurasının qeyri-rəsmi iclası, Türk Şurası Xarici
İşlər Nazirləri Şurasının qeyri-rəsmi
iclası, BMT-nin Sivilizasiyalar
Alyansının Nazirlər görüşü
və digər toplantılarda iştirakı və
çoxsaylı ikitərəfli görüşləri nəzərdə
tutulub.
Azərbaycan.- 2016.- 20 sentyabr.- S. 4.