Azərbaycan Qoşulmama Hərəkatının 18-ci
Sammitinə ev sahibliyi
edəcək
2019-2022-ci illərdə ölkəmiz
Qoşulmama Hərəkatına sədrlik edəcək
Qoşulmama
Hərəkatına üzv ölkələrin dövlət və
hökumət başçılarının “İnkişaf
naminə sülh, suverenlik və həmrəylik” devizi
altında sentyabrın 13-18-də Venesuela Bolivar
Respublikasının Marqarita adasında keçirilmiş 17-ci
Sammitinin yekun sənədi qəbul olunub.
Yekun
sənədə Ermənistan-Azərbaycan münaqişəsi,
Dövlət və Hökumət
Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda
keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının bu
il aprelin 26-27-də Bakıda keçirilmiş 7-ci Qlobal Forumu
ilə əlaqədar bəndlər də daxildir.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a daxil olan məlumatda Qoşulmama Hərəkatının
Marqarita Yekun Sənədinin layihəsindən
çıxarışlar qeyd edilib:
-Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar;
Dövlət və hökumət başçıları Azərbaycan Respublikasının 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət başçılarının 18-ci Sammitinə ev sahibliyi etməklə bağlı təklifini alqışladılar. Bu təklif Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətləri tərəfindən təsdiq olundu və təsbit üçün sentyabrın 17-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilən 17-ci Qoşulmama Hərəkatı Sammitinə təqdim edildi;
Dövlət və hökumət
başçıları BMT Sivilizasiyalar
Alyansının aprelin 26-27-də
Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu və bu Qlobal Forumda
BMT-nin üzv dövlətlərinin,
beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti
təsisatlarının fəal iştirakını
alqışladılar.
Azərbaycan.- 2016.- 20 sentyabr.- S. 4.