Malta Respublikasının
Prezidenti Zati-aliləri
xanım Mari-Luiz Koleyro Prekaya
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü
münasibətilə Sizə
və xalqınıza
şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, dostluq və
əməkdaşlıq münasibətlərimizin
möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam
etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Malta xalqına
daim əmin-amanlıq
və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 sentyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 21 sentyabr.- S. 2.