Sənayeləşmə ölkənin sabit inkişafını təmin edən önəmli faktordur

 

Prezident İlham Əliyev yeni sənaye mərkəzlərinin yaradılacağını və minlərlə yerinin açılacağını bildirmişdir

 

Azərbaycan sovet dönəmində ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində SSRİ-nin sənaye cəhətdən inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. Həmin dövrdə Bakı ilə yanaşı, bölgələrdə də qabaqcıl texnikatexnologiya ilə təchiz edilən müxtəlif sənaye müəssisələri fəaliyyət göstərirdi. Bu zavod və fabriklər ölkənin ümumi inkişafına, əhalinin məşğulluğuna müsbət təsir edirdi. Azərbaycanda fəaliyyət göstərən bir çox müəssisənin məhsulları keyfiyyətli olduğu üçün xarici bazarlara da ixrac olunurdu.

Həmin dövrdə qeyri-sosialist düşərgəyə məxsus ölkələrə məhsul göndərmək asan məsələ deyildi. SSRİ-də istehsal edilən məhsulların bir çoxu keyfiyyətsiz olduğu üçün xarici bazarlarda özünə alıcı tapmaqda çətinlik çəkirdi. Lakin belə şəraitdə Azərbaycan bir çox sənaye məhsullarını xaricə sata bilirdi. Deməli, respublikamız həmin dövrdə dünyada mövcud standartlara uyğun məhsul ixrac etmək qabiliyyətində olub. Bu da ona uğur gətirən hallardan biri idi.

Hazırda keyfiyyət standartlarına tələb daha da artıb. Belə ki, dünyada texnika və texnologiyaların sürətlə inkişaf etməsi bu şəraiti yaradıb. Yeni texnologiyaların sənayedə tətbiqi daha keyfiyyətli məhsul istehsalına imkan verir. Bu səbəbdən də dünya bazarında ciddi rəqabət mövcuddur. Bazarda çoxillik təcrübəsi olan istehsalçılarla, alıcının rəğbətini qazanan məhsullarla rəqabət aparmaq xüsusilə çətindir. Buna görə bazara daha keyfiyyətli və aşağı qiymətə məhsul çıxarmaq lazımdır.

Müstəqillik qazandıqdan sonra Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində ciddi tədbirlər görülüb. Ancaq bu işlər hələ başa çatmayıb. Çünki qeyd etdiyimiz kimi, müasir dövrdə mütərəqqi texnologiyaların tətbiqi sayəsində daha yüksək keyfiyyətli məhsullar istehsal olunurbuna görə də dünya bazarında ciddi rəqabət mühiti mövcuddur. Buna görə də ölkəmizdə qurulacaq yeni müəssisələr ixracyönümlü məhsul istehsal edərkən bu amil mütləq nəzərə alınmalıdır. Sevindirici haldır ki, hazırda belə müəssisələrimiz var. Həmin müəssisələrin məhsulları inkişaf etmiş ölkələrin bazarlarında satılır. Deməli, sahibkarlarımız dünya bazarının tələblərini nəzərə alıblar.

Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadiyyatı inkişaf etdirmək üçün neft amilindən istifadə etdi. Əsas məqsəd bu yolla ölkənin ümumi inkişafına nail olmaq idi. Buna görə də neftdən əldə olunan valyuta hesabına ilk növbədə ölkənin inkişafında önəmli rol oynayan infrastruktur layihələrinin icrasına başlanıldı.

Beləliklə, qısa zaman kəsiyində ölkəmiz infrastrukturunun inkişafına görə dünya standartları səviyyəsinə çatdı. Bu, ölkənin ümumi inkişafı ilə yanaşı, xarici kapitalın da qeyri-neft sektoruna qoyulmasında önəmli rol oynadı. Belə ki, xarici investorlar sərmayə qoyduqları ölkənin infrastrukturunun inkişafına xüsusi önəm verirlər. Çünki istehsal olunan məhsulun xarici bazarlara tez və təhlükəsiz çatdırılması bundan asılıdır. Digər tərəfdən isə, bölgələrdə istehsal sahəsi quran sahibkar dəqiq bilməlidir ki, onun müəssisəsi fasiləsiz işıq, qazsu ilə təmin olunacaq. Ölkədə bu istiqamətdə aparılan nəhəng işlər Azərbaycana iqtisadiyyatını inkişaf etdirməyə geniş imkanlar yaratdı. Beləliklə, aparılan uğurlu iqtisadi siyasət nəticəsində neft sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdi. Bu siyasətin nə qədər düzgün olduğu isə neftin qiymətləri kəskin şəkildə aşağı düşdükdə aydın göründü.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycan inkişaf edir. Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni real sektor artıb. Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq. ...İndi vəziyyət tamam başqadır. Mən artıq dəfələrlə demişəm, biz postneft dövründə yaşayırıq. Düzdür, bir neçə ildən sonra Azərbaycan dünya bazarına çox böyük həcmdə təbii qazı da ixrac etməyə başlayacaq və yenə də valyuta axını artacaq. Ancaq biz elə yaşamalıyıq ki, artıq postneft dövründəyik və belə olan halda, əlbəttə, ciddi, daha dərin iqtisadi islahatlar aparılmalı idi və aparılır”.

Nazirlər Kabinetinin həmin iclasında ölkənin sənayeləşməsi ilə bağlı görüləcək işlər barədə də geniş söhbət açılıb. Qeyd edilib ki, sənaye istehsalını artırmaq üçün iri layihələr icra olunub. Hazırda Sumqayıt Sənaye Parkında sənayedə məhsul istehsalını artırmaq üçün iri layihə həyata keçirilir. Burada tikilən SOCAR Polimer Kompleksi xüsusi əhəmiyyətə malikdir. Layihə böyük məbləğdə investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulmasını tələb edir. Qoyulan investisiyanın nəticələri ölkənin idxaldan asılılığına son qoyacaq. Bununla yanaşı, ölkəmizə böyük həcmdə ixrac potensialı da qazandıracaq. Hədəf isə sənaye potensialını gücləndirməklə idxaldan asılılığı tamamilə aradan qaldırıb ixracı artırmaqdır. Buna nail olmaq üçün qeyri-neft sənayesi müəssisələrinin sayını və istehsal gücünü artırmaq lazımdır. Son dövrlər Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı üçün imzalanan fərman və sərəncamlar bu sahədə ciddi dönüşün yaranmasına imkan verəcək. Bunun nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında müəssisə və təşkilatların sayı 3,9 faiz artaraq iyulun 1-i vəziyyətinə 104191-ə çatıb.

Dövlət tərəfindən sənayeləşmədə aparılan uğurlu islahatların bir istiqaməti də sənayeləşmənin bütün ölkə üzrə həyata keçirilməsidir. Xüsusilə də yerli xammaldan istifadə edilən sənaye müəssisələrinin regionlarda fəaliyyət göstərməsi daha effektlidir. Belə hal yerlərdə xammalın istehsalını stimullaşdırmaqla yanaşı, əhalinin məşğulluğunun təminatında da önəmli rol oynayır. Eyni zamanda, belə müəssisələrin regionlarda fəaliyyəti bölgələrin də sosial inkişafını təmin edir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında qeyd edildi ki, dövlət tərəfindən qeyri-neft sənayesində müasir tələblərə cavab verən müəssisələrin yaradılması istiqamətində görülən işlər uğurla davam etdirilərək müxtəlif sənaye parklarının və məhəllələrinin tikintisinin sürətləndirilməsi dəstəklənib. Görülən işlər nəticəsində 270-dək sənaye müəssisəsinin, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr fəaliyyət göstərir. Eyni zamanda bir sıra müəssisələrin tikintisiuğurla həyata keçirilir.

Ölkədə sənaye istehsalının artırılması məqsədilə ayrılan güzəştli kreditlərin də 64 faizi regiondakı sahibkarlara verilib. Deməli, gələcəkdə ölkədə sənaye məhsulunun istehsalında bölgələrin payı daha yüksək olacaq. Belə vəziyyət regionların inkişafına, əhalinin məşğulluğunun təminatına müsbət təsir göstərəcək.

Ölkənin paytaxtı ilə yanaşı, bölgələrin potensialından səmərəli şəkildə istifadə etmək üçün hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində aparılır. Birinci pilot layihə Neftçala rayonunda icra olunub. İkinci sənaye zonası isə Masallı şəhərində yaradılacaq. Məqsəd ölkənin hər bir rayon mərkəzində sənaye zonaları yaratmaqdır. Bu iqtisadi siyasət özünü tam doğruldacaq. Belə ki, hər bir rayonda kifayət qədər xammalişçi qüvvəsi var. Üstəlik, bütün rayonlarda mükəmməl infrastruktur da var. Beləliklə, iqtisadi zonaların yaradılması bölgələrin sosial-iqtisadi inkişafını təmin edəcək, həm də yerli əhali arasında olan işsizliyi aradan qaldıracaq.

Həyata keçirilən tədbirlər nəticəsində dünyada mövcud olan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə sənaye istehsalında inkişaf var. Bu o deməkdir ki, qarşıdakı illərdə inkişafı göstərən rəqəm daha da artacaq. Həmin artım gələcək uğurların ilk nişanəsidir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 0,6 faiz artaraq 14,75 milyard manat təşkil edib. Sənayenin qeyri-neft sektorunda bu artım ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faizdir. Ölkədə sahibkarlığın inkişafına yaradılan əlverişli şərait məhsul istehsalında özünü göstərir. Belə ki, hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 80 faizə çatıb. Ümumi istehsalın 86,2 faizi sənaye məhsulunun istehsalı, 13,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşıb.

Yanvar-may aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 177,8 min nəfər təşkil edib. Onların 33,7 min nəfəri mədənçıxarma, 88,3 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb. Bu dövrdə sənayedə işləyənlərin orta aylıq əməkhaqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz artaraq 940,3 manata çatıb. Əməkhaqqı mədənçıxarma sənayesində 40,4, emal sənayesində 7,7 faiz artıb.

Prezident İlham Əliyev ölkədə qeyri-neft sənayesinin inkişafının vacibliyini dəfələrlə vurğulayıb. Dövlət başçısı Nazirlər Kabinetinin iyul ayındakı iclasında ölkədə bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə demişdir: “Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var. Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik probleminin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə yeri açılacaqdır. İlk növbədə bu müəssisələrin inşası zamanı və ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, yeni sənaye mərkəzi yaradacağıq və insanları işlə təmin edəcəyik”.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2016.- 21 sentyabr.- S. 10.