“Azərbaycan Respublikası dövlət
sərhədinin mühafizəsini
gücləndirmək məqsədi
ilə əlavə qayda və əsasnamələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 348 Bakı
şəhəri, 20 sentyabr
2016-cı il
“Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 12
dekabr tarixli 823 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti
haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 21 may tarixli
919 və 9 iyun tarixli 935 nömrəli fərmanlarının 2.2-ci bəndlərinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1993-cü il
9 mart tarixli 140 nömrəli
qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə
- “Azərbaycan Respublikasının
dövlət sərhədindən
buraxılış məntəqələrində
sərhəd qoşunlarının
nəzarət-buraxılış məntəqələri haqqında
Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1. 1-ci bölmənin ikinci hissəsindən “, nəqliyyat
vasitələrinin, yüklərin
və başqa əmlakın” sözləri
çıxarılsın.
2. 2-ci bölmə üzrə:
2.1. birinci hissə
aşağıdakı redaksiyada
verilsin:
“Sərhəd nəzarəti
dövlət sərhədini
pozan şəxslərin
aşkar edilməsi və onların qarşısının alınması,
narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının, güclü
təsirli, zəhərli,
zəhərləyici, radioaktiv,
partlayıcı maddələrin
və qurğuların,
hərbi texnikanın,
odlu silah və döyüş sursatının, nüvə,
kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının, kütləvi
qırğın silahlarının
hazırlanmasında istifadə
oluna bilən materialların və avadanlıqların Azərbaycan
Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrindən qanunsuz keçirilməsinin
qarşısının alınması,
buraxılış məntəqəsində
müəyyən edilmiş
rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.”;
2.2. ikinci hissənin
üçüncü abzası
aşağıdakı redaksiyada
verilsin:
“əməliyyat-axtarış,
kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyətinin
həyata keçirilməsi
ilə əlaqədar
xidməti vəzifələri
icra edərkən vaqonların, avtomobillərin,
konteynerlərin, gəmi
anbarlarının, xaricə
gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılması;”;
2.3. ikinci hissənin dördüncü abzasından
“nəqliyyat vasitələri
üzərində nəzarət,”
sözləri çıxarılsın,
həmin abzasda “onların” sözü “nəqliyyat vasitələrinin”
sözləri ilə əvəz edilsin;
2.4. altıncı abzas çıxarılsın.
3.
3-cü bölmənin birinci
hissəsi üzrə:
3.1. üçüncü abzasdan “və nəqliyyat vasitələrinin”
sözləri çıxarılsın;
3.2. dördüncü abzas aşağıdakı
redaksiyada verilsin:
“Azərbaycan Respublikasının
dövlət sərhədi
haqqında” və “Sərhəd qoşunları
haqqında” Azərbaycan
Respublikasının qanunları
ilə müəyyən
edilmiş qaydada nəzarət-buraxılış məntəqələrindən şəxslərin buraxılmasını
həyata keçirmək;”;
3.3. beşinci abzas
aşağıdakı redaksiyada
verilsin:
“narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü
təsirli, zəhərli,
zəhərləyici, radioaktiv,
partlayıcı maddələrin
və qurğuların,
hərbi texnikanın,
odlu silah və döyüş sursatının, nüvə,
kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının, kütləvi
qırğın silahlarının
hazırlanmasında istifadə
oluna bilən materialların və avadanlıqların Azərbaycan
Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrindən qanunsuz keçirilməsinin
qarşısını müstəqil
surətdə və ya gömrük orqanları ilə birlikdə almaq;”;
3.4. yeddinci abzasda
“MTN” abreviaturası “dövlət
təhlükəsizliyi” sözləri
ilə əvəz edilsin.
4.
4-cü bölmənin birinci
hissəsi üzrə:
4.1. beşinci abzas
aşağıdakı redaksiyada
verilsin:
“dövlət sərhədindən keçən
şəxslərin üzərində
odlu silahın axtarışı məqsədi
ilə texniki vasitələri tətbiq etmək;”;
4.2. onuncu abzas
aşağıdakı redaksiyada
verilsin:
“şəxslərin Azərbaycan
Respublikasının dövlət
sərhədindən qanunsuz
keçməsinin, habelə
narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının, güclü
təsirli, zəhərli,
zəhərləyici, radioaktiv,
partlayıcı maddələrin
və qurğuların,
hərbi texnikanın,
odlu silah və döyüş sursatının, nüvə,
kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının, kütləvi
qırğın silahlarının
hazırlanmasında istifadə
oluna bilən materialların və avadanlıqların dövlət
sərhədindən qanunsuz
keçirilməsinin qarşısını
almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrində ölkəyə gələn
və ölkədən
gedən nəqliyyat vasitələrinə baxış
keçirilməsini təmin
etmək, qanunvericiliklə
müəyyən edilmiş
hallarda sərhədçi
dəstələri ilə
nəqliyyat vasitələrini
müşayiət etmək;”;
4.3. on birinci abzas aşağıdakı
redaksiyada verilsin:
“əməliyyat-axtarış,
kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyətinin
həyata keçirilməsi
ilə əlaqədar
xidməti vəzifələri
icra edərkən vaqonların, avtomobillərin,
konteynerlərin, gəmi
anbarlarının, xaricə
gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə açdırılmasını təmin etmək;”;
4.4. on ikinci abzas aşağıdakı
redaksiyada verilsin:
“dövlət sərhədindən
qanunsuz keçirilən
narkotik vasitələri,
psixotrop maddələri
və onların prekursorlarını, güclü
təsirli, zəhərli,
zəhərləyici, radioaktiv,
partlayıcı maddələri
və qurğuları,
hərbi texnikanı, odlu silah və
döyüş sursatını,
nüvə, kimyəvi,
bioloji və digər kütləvi qırğın silahlarını,
kütləvi qırğın
silahlarının hazırlanmasında
istifadə oluna bilən materialları və avadanlıqları götürmək;”.
5. 5-ci bölmə üzrə:
5.1. birinci hissədən
“nəqliyyat vasitələrinin,
yüklərin və başqa əmlakların” sözləri çıxarılsın;
5.2. dördüncü hissədə
“məntəqələri” sözü
“məntəqələrindən” sözü ilə əvəz edilsin və həmin hissədən “tərəfindən
sərhəd və” sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 8.