“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin
2-1-ci bəndinin yeddinci cümləsində
nəzərdə tutulmuş
xüsusi əhəmiyyətli
dövlət obyektlərinin
Siyahısı”nın təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 349
22 Sentyabr 2016
¹ 349 Bakı şəhəri,
20 sentyabr 2016-cı il
“Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 yanvar tarixli 739 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının
Torpaq Məcəlləsinin
46-cı maddəsinin 2-1-ci bəndinin
yeddinci cümləsində
nəzərdə tutulmuş
xüsusi əhəmiyyətli
dövlət obyektlərinin
Siyahısı” təsdiq
edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 20 sentyabr tarixli 349 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin
yeddinci cümləsində
nəzərdə tutulmuş
xüsusi əhəmiyyətlidövlət
obyektlərinin
SİYAHISI
1.Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri).
2. Heydər Əliyev adına
Bakı Dərin Özüllər Zavodu.
3. Su təchizatı
sistemləri.
4.Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu).
5. Müdafiə
və təhlükəsizlik
orqanlarının hərbi
hissələri, xüsusi
təyinatlı təhsil
(təlim) müəssisələri,
idarələri, təşkilatları,
Silahlı qüvvələrin
döyüş mövqeləri,
idarəetmə məntəqələri,
telekommunikasiya qurğuları,
radiotexniki sistemlər,
bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular.
6. Döyüş
sursatlarının, partlayıcı,
radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin
istehsalı və saxlanılması müəssisələri.
7. Dövlətin
müdafiəsi və
sərhəd təhlükəsizliyinin
təmin olunması məqsədlərinə xidmət
edən obyektlər.
8. Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları.
9. Gəmilər
üçün yanalma
körpüləri.
10. Mayaklar.
11. Bakı Gəmiqayırma Zavodu.
12. Gəmi təmiri zavodları.
13. Sumqayıt çirkab sutəmizləyici
qurğusu (mövcud).
14. Lökbatan çirkab sutəmizləyici
qurğusu (mövcud).
15. Bayıl Qəsri.
16. Əl Oyunları Stadionu.
17. Bakı Dəniz Vağzalının binası.
Qeyd. Bu Siyahıda dəyişikliklər
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 8.