“Dövlət orqanları tərəfindən
həyata keçirilən
xidmətlərin Elektron
Reyestrinin aparılması
Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 350 Bakı şəhəri,
20 sentyabr 2016-cı il
“Dövlət orqanları tərəfindən həyata
keçirilən xidmətlərin
Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 11 sentyabr
tarixli 262 nömrəli
Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
9 iyun tarixli 934 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Dövlət orqanları tərəfindən həyata
keçirilən xidmətlərin
Elektron Reyestrinin aparılması Qaydaları”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 2, maddə 222) aşağıdakı
dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissəsində “Dövlət
orqanları tərəfindən
həyata keçirilən
xidmətlərin” sözləri
“Dövlət xidmətlərinin”
sözləri ilə əvəz edilsin.
2. 2-ci hissəyə “orqanlarına” sözündən sonra “, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatlarına” sözləri əlavə edilsin.
3. Həmin qərarla təsdiq edilmiş “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları” üzrə:
3.1. adında və 1.1-ci bəndində “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin;
3.2. 1.1-ci bənddə “dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin;
3.3. mətn üzrə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “qurumlar” sözü ilə əvəz edilsin;
3.4. 1.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.2.2. xidməti həyata keçirən qurum - mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları;”;
3.5. mətn üzrə ismin müvafiq hallarında “dövlət orqanı” sözləri ismin müvafiq hallarında “qurum” sözü ilə əvəz edilsin;
3.6. 3.2.3-cü yarımbənddə “dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər” sözləri “dövlət xidmətləri” sözləri ilə əvəz edilsin;
3.7. 3.2.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.13-cü və 3.2.14-cü yarımbəndlər əlavə edilsin:
“3.2.13. xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan qurumlara göndərilməsinin və onlar tərəfindən cavablandırılmasının Elektron Reyestr vasitəsilə təşkil edilməsi;
3.2.14. xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi, habelə qiymətləndirilmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsi, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışların, hesabatların alınması, müxtəlif sorğuların göndərilməsi.”;
3.8. 4.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5.7-ci və 4.5.8-ci yarımbəndlər əlavə edilsin:
“4.5.7. göstərdiyi xidmətlərlə bağlı müraciətləri (təklif və şikayətləri) Elektron Reyestr vasitəsilə qəbul edir və cavablandırır;
4.5.8. göstərdiyi xidmətlərin Reyestrin operatoru tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi zamanı yerində baxışın və rəy sorğularının keçirilməsinə zəruri şərait yaradır, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışları və hesabatları təqdim edir, sorğuları cavablandırır.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 8.