“Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət
növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 351 Bakı şəhəri,
20 sentyabr 2016-cı il
“Dövlət orqanları tərəfindən həyata
keçirilən xidmətlərin
Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 11 sentyabr
tarixli 262 nömrəli
Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
9 iyun tarixli 934 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 11, maddə 1072, N 12, maddə 1247; 2012, N 1, maddə 40, N 3, maddə 256, N 10, maddə 1016, N 11, maddə 1207; 2013, N 6, maddələr 745, 757, N 7, maddə 868, N 8, maddələr 1005, 1018, N 11, maddə 1466, N 12, maddə 1639; 2014, N 1, maddə 69, N 2, maddələr 191, 201, 207, N 3, maddələr 307, 317, N 4, maddə 449, N 5, maddə 560, N 6, maddələr 733, 747, N 7, maddələr 920, 953, N 10, maddələr 1287, 1319, N 11, maddələr 1505, 1506, N 12, maddə 1656; 2015, N 1, maddə 71, N 4, maddə 465, N 5, maddə 609, N 6, maddə 790, N 7, maddə 893, N 11, maddələr 1415, 1421, N 12, maddə 1573; 2016, N 2, II kitab, maddələr 367, 384, N 4, maddələr 774, 830, N 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 iyul tarixli 260 nömrəli, 15 iyul tarixli 276 nömrəli, 19 iyul tarixli 279 nömrəli, 18 avqust tarixli 309 nömrəli və 23 avqust tarixli 311 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 7.1.1-ci yarımbənddə “elektron xidmət bölməsində” sözləri “dövlət xidmətləri bölməsində” sözləri ilə əvəz edilsin.
2. 7.1.5-ci yarımbənddə “elektron xidmət bölməsi” sözləri “dövlət xidmətləri bölməsi” sözləri ilə əvəz edilsin.
3. 11.2-ci bənddə “elektron xidmətləri bölməsində” sözləri “dövlət xidmətləri bölməsində” sözləri ilə əvəz edilsin.
4. Həmin qaydaların 1 nömrəli əlavəsinin 2.6-cı bəndinin “Qeydlər”ində “Elektron xidmət bölməsinə” sözləri “Dövlət xidmətləri bölməsinə” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2016.- 22 sentyabr.- S. 8.