İnkişafın Azərbaycan modeli yeni mərhələdə uğurla reallaşır

 

Bölgənin sənaye liderinə çevrilən ölkəmizdə yeni istehsal sahələri yaranır

 

Prezident İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” fərmanı imzalayanda hələ 2011-ci ilin dekabr ayı idi. Hansı ki, o dövrdə neftin qiymətləri də kifayət qədər yüksək idi və Azərbaycana indikindən dəfələrlə artıq xarici valyuta daxil olurdu. Cəmi 3-4 ildən sonra neftin qiymətinin kəskin düşəcəyini kimsə təsəvvür etməsə də, Prezident artıq xeyli müddət idi ki, regional inkişaf proqramları ilə qeyri-neft sektorunun inkişafını, neftdən asılılığın minimuma endirilməsini iqtisadi inkişafda başlıca hədəflərdən biri olaraq müəyyən etmişdi.

 

Dövrün çağırışlarına cavab verən iqtisadi təşəbbüslər

 

Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının yaradılması ilə bağlı təşəbbüslər, bu istiqamətdə 5 il əvvəl atılan ilk addımlar bütövlükdə, ölkənin gələcək inkişafına yönəlmişdi. O dövrdə də Prezidentin iqtisadi siyasət kursunun düşünülmüş olduğu, dövrün tələblərinə cavab verməsi barədə kifayət qədər söz açılırdı. Lakin hər şeyi tam dəqiqliyi ilə zaman göstərir. Bu gün qlobal miqyasda iqtisadi sferada baş verənlər, maliyyə böhranları, xüsusən neftin qiymətinin düşməsi Prezident İlham Əliyevin illər öncəki iqtisadi təşəbbüslərinin nə qədər doğru olduğunu, dövrün çağırışlarına çevik cavab verdiyini, ən əsası ölkənin yeni mərhələdə inkişafına xidmət etdiyini təsdiqləyir.

Ümumiyyətlə, iqtisadiyyatın neftdən asılı olmayaraq inkişafı, sənayeləşmə, bundan irəli gələrək əhalinin sosial rifahının yüksəldilməsi, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin inkişaf strategiyasının hədəfləridir. Məhz bu strategiyanın uğurla həyata keçirilməsi ötən illərdə Azərbaycanda iqtisadi inkişafı yeni mərhələyə çatdırıb, o cümlədən sənayeləşməni gücləndirib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da göstərilir ki, qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcək, yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək. Konsepsiyada o da qeyd olunur ki, ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə, gəmiqayırma və sement zavodları tikilərək, alüminium sənayesi inkişaf etdiriləcək, özəl sektorun iştirakı ilə son məhsulun istehsalına qədər texnoloji zəncir qurulacaq, bu sahənin ixrac potensialı genişləndiriləcək.

 

Sənaye parkları iqtisadi siyasətimizin mahiyyətini tam əks etdirir

 

Atılan mütərəqqi addımlar, o cümlədən ölkənin bir neçə şəhərində sənaye parklarının yaradılması Azərbaycan dövlətinin qarşıya qoyulan bu məqsədlərə doğru inamla addımladığını göstərir. Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye parklarında müxtəlif güzəştlər tətbiq edilir, işin səmərəli təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi, güzəştli kreditlərin verilməsi və s. kimi tədbirlər nəzərdə tutulur. Sənaye parklarının iştirakçıları qeydiyyata alındığı tarixdən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV və gömrük rüsumundan azaddırlar.

Müasir istehsal infrastrukturuna malik belə parkların yaradılması sənaye sahələrinin yaradılmasının, iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəlib. Sənaye parkları həmçinin qeyri neft sektorunun davamlı inkişafının, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, əhalinin məşğulluğunun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Bu mənada sənaye parkları ölkəmizin iqtisadi siyasətinin mahiyyətini özündə əks etdirir. Qeyd etdiyimiz kimi, ilk olaraq 5 il öncə “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” fərman imzalansa da, bu istiqamətdə işlər xeyli əvvəl başlayıb, beynəlxalq təcrübə öyrənilib, müvafiq normativ-hüquqi sənədlər hazırlanıb.

 

Mingəçevir Sənaye Parkı yüngül sənayenin inkişafında mühüm rol oynayacaq

 

Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 21-də təməli qoyulan Mingəçevir Sənaye Parkı ölkəmizdə yüngül sənayenin inkişafına xidmət göstərəcək. Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiştibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək. Ona görə, bura Azərbaycanın və Zaqafqaziyanın ən nəhəng Sənaye Parkı olacaq. Burada ilkin mərhələdə 2 min yeni yeri açılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə yerlərinin sayı ümumilikdə 5,5 minə çatdırılacaq.

Mingəçevir Sənaye Parkı Azərbaycanın yüngül sənayesində idxaldan asılılığın aradan qaldırılmasında və ixrac potensialının artırılmasında, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynayacaq. Ən əsası bu sənaye parkının yaradılması onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Bu barədə təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: “Baxmayaraq ki, gəlirlərimiz azalıb, dünyada iqtisadi və maliyyə çətinlikləri davam edir, biz öz yolumuzla gedirik. Çünki bizim yolumuz milli maraqlar əsasında qoyulub. Biz inkişaf yolu ilə gedirik. Biz ölkəmiz üçün bütün lazımi tədbirləri görürük ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, inkişaf dayanıqlı olsun. Neftdən asılılıq minimum səviyyəyə düşsünbizim ixrac potensialımız artsın. Ona görə, bu gün böyükkiçik sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına böyük təkan verilib”.

Mingəçevir Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlüdür. Bu fakt ölkəmizin iqtisadi siyasətinin mahiyyətinə tam uyğundur. Çünki qarşıda duran ən ümdə vəzifələrdən biri ixracyönümlü istehsal sahələrinin qurulmasıdır. Mingəçevirdə müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi məhz ixracata hesablanıb. Pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa da ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır.

Mingəçevir Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq. Yerli istehsal ölkəmizdə pambıqçılığın inkişafını sürətləndirəcək. Bu, həm də fabriklərin fəaliyyətinə, eyni zamanda yun tədarükünə də müsbət təsir göstərəcək, o cümlədən dəri istehsalına marağı artıracaq. Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq və yeni fabriklərin fəaliyyəti kənd təsərrüfatının inkişafına çox güclü dəstək olacaq. Burada kənd təsərrüfatı ilə sənayenin uzlaşması təmin ediləcək, ilk məhsuldan son məhsula qədər texnoloji zəncir qurulacaq.

Yeni sənaye parkının tam gücü ilə fəaliyyətə başlamasından sonra Mingəçevir nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın yüngül sənaye mərkəzinə çevriləcək. Burada yaradılan şərait ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac qabiliyyətliliyinin artmasına, yeni yerlərinin açılmasına səbəb olacaq. Beləliklə, Mingəçevir Sənaye Parkı Azərbaycanın yüngül sənayesinin inkişafında əvəzolunmaz rol oynayacaq və ölkəmizi dünyayaMade in Azerbaijan” adı altında istehsal olunan məhsulları ilə tanıdacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 23  sentyabr.- S.1.