Fikrət
Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının üzvlərinə fəxri adların verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar
incəsənət xadimi”
Atayev Fəxrəddin Qəhrəman oğlu
“Əməkdar
artist”
Əliyev
Telman Adil oğlu
Əsədov Çingiz Eynulla
oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Şahmuradova Nigar Oqtay qızı
Şahmuradova Viktoriya Aleksandrovna
Talıbzadə Xuraman Səmədağa qızı.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr
2016-cı il
Azərbaycan.- 2016.- 23 sentyabr.- S. 2.