Azərbaycan
şəhərciyi: “I love Baku”
brendi ziyarətçilərin diqqətini
daha çox cəlb edir
Parisin mərkəzində, Eyfel qülləsinin yanında açılmış və Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri olan “Azərbaycan şəhərciyi fransızların və bu şəhərdəki turistlərin sevimli məkanına çevrilib. Jofr meydanında yerləşən “Azərbaycan şəhərciyi”ndə ölkəmiz, onun tarixi və mədəniyyəti, adət-ənənələri, müasir həyatı ilə yaxından tanış olmaq mümkündür.
2014-cü ildən etibarən artıq 3-cü ildir ki, reallaşdırılan layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib.
Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” təqdim olunur. Bu bölmədə milli ənənələrimizdən qaynaqlanaraq müasir zövqü oxşayan müxtəlif suvenirlər əldə etmək olar.
“I love Baku” ölkəmizin tanınmış ilk hədiyyə
və suvenir brendidir. Brendin adət-ənənələrimizi
əks etdirən hədiyyə və suvenirləri ziyarətçilərin
diqqətini daha çox cəlb edir. Brendin suvenirləri üzərində
Qobustan petroqrifləri,
Azərbaycan xalçaçılıq
motivləri, qədim miniatürlərimiz əks
olunur.
Bu gün “I love Baku” stendinin
qonaqları arasında
gənc istedadlı rəssam Məryəm Ələkbərli də olub.
Şəhərciyin kitabxana zonasında ziyarətçilərin ölkə
barədə təəssüratları
bir qədər də zənginləşir. Burada Heydər
Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri
nümayiş etdirilir
və qonaqlara hədiyyə olunur.
Şəhərcikdə milli mətbəx ənənələrini
təbliğ edən Heydər Əliyev Fondunun “Azərbaycan mətbəx mədəniyyəti”
adlı yeni nəşrində yer alan şəkillərin
müəllifi Fransada
yaşayan tanınmış
amerikalı fotoqraf
Peter Lippmanndır.
“Azərbaycan şəhərciyi”ndə
ilk dəfə olaraq “Qız qalası” Beynəlxalq İncəsənət
Festivalı da təşkil olunub. Festival
2013-cü ildə Kann
şəhərindən sonra
ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir.
Bu dəfə Parisdə
təşkil olunan VII
“Qız qalası” festivalı zamanı 4 fransız və 2 azərbaycanlı rəssamın
əl işi olan “Qız qalası” maketləri sərgilənir.
Şəhərciyin ziyarətçiləri gündən-günə
artır. Sentyabrın 25-dək şəhərcik fəaliyyətini davam etdirəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2016.- 23 sentyabr.- S. 12.