Konstitusiya islahatlarına, müstəqil siyasətə, yeni inkişaf strategyiasına "HƏ" deyən xalq İlham Əliyevə növbəti etimad mandatı verdi

 

Dünən xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan referendum artıq tarixə qovuşdu. Və eyni zamanda tariximizin növbəti şanlı səhifəsinin ilk sətirlərinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevrildi.

Ötəngünkü səsvermə sıradan bir siyasi aksiya deyildi. Onun mahiyyətində dövlətin və millətin sabahı ilə bağlı olan əlahiddə məqamlar, ilk addımlarını atdığımız yeni intibah yolunun aydın məramları, ən əsası isə məhz Azərbaycanın özü, taleyi, müstəqilliyi dayanırdı.

 

Prezidentə ümummilli inam

 

Bu səsvermə yalnız Konstitusiyaya edilən 29 əlavə və dəyişikliyə xalqın münasibətini öyrənmək məqsədi daşımırdı.

Bu, həm etimad referendumu idi!

Xalqın Prezidentinə iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirən səsvermə idi!

Növbəti islahatlar kursunu bəyan edən gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan İlham Əliyevin siyasətinə xalqın güvən səviyyəsini dəqiqləşdirən rəy sorğusu idi!

Azərbaycan vətəndaşlarının İlham Əliyevə, onun iqtidarına münasibəti yerli daxili auditoriyada, - fərqi yoxdur, Lerikin dağ kəndindən okeanın o tayınadək, Xınalıqdan Avropanın, Asiyanın siyasi kuluarlarına qədər bununla maraqlanan hər kəsə tam məlumdur. Üç il öncəki prezident seçkilərində xalqın 85 faizlik dəstəyini qazanan Liderə bugünkü etimad səviyyəsi, elə ABŞ Avropa monitorinq mərkəzlərinin araşdırmalarına görə, 92-94 faizlik göstəriciyə çatıb.

Amma Azərbaycan yeni yol ayrıcındadır...

Ətrafımızda fövqəlgüclərin qarşısında müqavimətdən imtina edərək müstəqilliklərindən könüllü imtina edən, yaxud onu nominal simvola çevirən dövlətlərin sayı artır. Kənar müdaxilələr nəticəsində qosqocaman dövlətçiliklərini itirərək vətəndaş müharibəsinə səfalətə sürüklənən, yaxud qaçqına çevrilən əhalisinin yarısı dənizlərdə batan, yarısı isə Avropa küçələrində Allahın ümidinə buraxılan ölkələrin sırasına daim yeniləri qoşulur. Qeyri-islami qüvvələrin marionetinə çevrilənislamçıqruplaşmaların terrorizmi müsəlman dövlətlərini qana boyayır, hər gün yüzlərlə müsəlmanın qətlini artıq adi hadisə kimi qarşılayırıq. Dünya məqsədli şəkildə hazırlananqlobal böhran ssenarisi”nə təslim olur, milli iqtisadiyyatlar çökür...

Azərbaycana qarşı da bütün bu planlar tətbiq olunur. Məmləkətimizi iflas həddinə çatdırmaq, vətəndaş müharibəsinin məngənəsinə salmaq, terrorizm mərkəzinə çevirmək, əhalimizi İran, Rusiya, Avropa çöllərinə miqrant kimi göndərmək kimi məkrli təsirlər dayanmadan üzərimizə gəlir. Amma Afrikadan Asiyayadək böyük bir coğrafi arealda savaş terror püskürən dalğa Azərbaycan hüdudlarında dirənişlə üzləşir.

Hədəfdə Azərbaycandır, dövlətçilikdir, müstəqillikdir bunların dönməzliyini təmin edən Liderdir!

İlham Əliyevin bussenarilər”ə - Azərbaycanı İraqa, Suriyaya çevirmək istəyən təsirlərə qarşı təşkil etdiyi güclü müqavimət barədə yenidən bəhs etməyə lüzum yoxdur. Bunu bilməyən varmı?

Tarixin ən möhtəşəm Azərbaycanını - məmləkətimizin mövcud nailiyyətlərini yaratmaq, sonra isə onu dörd bir yandan gələn təsirlərdən qorumaq həqiqətən ən ali liderlik örnəyidir.

 

Yeni islahatlar kursuna xalqın tam dəstəyi

 

Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti elan etdiyi dövlət müstəqilliyini qorumağı İlham Əliyev özü üçün şərəf borcu qəbul edib!

bu yönümdə nələr baş verdiyini hər gün canlı müşahidə edirik. Azərbaycana qarşı bədnam qətnamələr, beynəlxalq miqyasda qərəzli kampaniyalar, dünya erməniliyinin maliyyələşdirdiyi antiazərbaycançı layihələr belə rəzilliklərə buyuruq qulu olanbeşinci kolon”... Amma onların qarşısı mərdliklə, qətiyyətlə alınır.

Elə son aylarda Azərbaycana yönəlik təxribatların artması da təsadüfi deyildi. Hansı mərkəzlər tərəfindən hazırlandığı hansı məqsədlərə hesablandığı sirr olmayan bu cəhdlər, həmişəki kimi, uğursuzluğa məhkum olduğundan antiazərbaycançı şəbəkə yeni kampaniyaya başladı. Ölkəni içəridən sarsıtmağa, dalğalandırmağa müvəffəq olmayan qüvvələr bu dəfə son ümid yeri kimi köhnə əməllərinə əl atdılar.

Yenə dövriyyəyə bədnam “Freedom House”, dünya erməniliyinin əlində oyuncağa çevrilən konqresmenlər, deputatlar, “ekspertlərgirdi. Referenduma çıxarılan müddəaları təftişə başlayan məlum dairələr hər bir xalqın müstəsna suveren hüququ olan gələcək müqəddəratı ilə bağlı qərar qəbul etmək səlahiyyətini belə qərəz süzgəcindən keçirdilər. Amma iddiaları, ittihamları o qədər əsassız cəfəng idi ki, onları təkzib etməyə böyük zəhmət tələb olunmadı.

Əslində, onların dabir atımlıq barıtı” var. Qorxaqdırlar, simasızdırlar, prinsipsizdirlər... Bir müddət sonra qapımıza minnətə gələcəklər. Yenə yağlı dillərini, şirin avazlarını, bayağı təriflərini, Azərbaycan Prezidentini dünya miqyaslı siyasətçi elan edən bəyanatları ilə gündəmi dəyişəcəklər. Avropa Parlamentindən daha güclü olmayacaqlar ki...

Ötən həftə Azərbaycan Prezidentinin qəbuluna gələn Avropa Parlamentinin yüksək səviyyəli nümayəndə heyətinin üzrxahlığı öz səhvləri ucbatından dondurulmuş münasibətləri bərpa etmək xahişləri İlham Əliyevin timsalında Azərbaycanın növbəti diplomatik nailiyyəti idi.

Bu, Azərbaycanın böyük maneələrlə üzləşən xarici siyasətinin daha bir möhtəşəm uğurudur!

Bu, Azərbaycanın fövqəlgüclər qarşısında mətin mübarizəsinin, müstəqil siyasətinin yeni zəfəridir!

Qlobal sosial-iqtisadi böhrana dirəniş göstərə bilməyən ölkələrlə müqayisədə Azərbaycan həm öz iqtisadi təhlükəsizliyini təmin edir, həm müasir dövrün çağırışlarına uyğun yeni inkişaf strategiyası müəyyənləşdirir, onun maneəsiz icrası üçün səmərəli islahatlar aparır.

Ötən gün xalq İlham Əliyevin yeni inkişaf strategiyasına dəstəyini bildirirdi!

Dünənki səsvermə həm xalqın istiqlaliyyətimizin dönməzliyinə qəti münasibəti Prezidentin müstəqil siyasi kursuna etimadının referendumu idi!

 

Konstitusiya dəyişiklikləri inkişafın davamlılığının təminatıdır

 

Konstitusiya islahatları təşəbbüsünün müəllifi Azərbaycan Prezidentidir. Məhz onun təklifi ilə ümumxalq səsverməsinə çıxarılan Əsas Qanuna əlavə dəyişikliklər nəticə etibarilə dövlət idarəçiliyinin daha da təkmilləşməsinə, yeni modelə əsaslanan inzibati institutların formalaşmasına, sosial-iqtisadi inkişafın davamlılığına, insan hüquq azadlıqlarının daha etibarlı təminatına mühüm töhfə olacaq.

Azərbaycan qədəm qoyduğu yeni dövrdə tam təkmilləşdirilmiş iqtisadi islahatlar, müasir mükəmməl siyasi kurs xalqa daha effektiv xidmət siyasəti yürüdür. Bu baxımdan son dövrlərdə qanunlara, hüquqi sənədlərə zəruri düzəlişlər, əlavələr edilir. Amma bu prosesi artıq ən üst səviyyədə - Əsas Qanunda da etmək həm zamanın tələbi, həm qlobal məkanda cərəyan edən proseslərlə uzlaşmaq istəyidir.

Konstitusiya dəyişiklikləri təkmilləşmə, modernləşmə, demokratikləşmə davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəminidir!

Bu gerçəkliyi xalq birmənalı qəbul edir. Referendumun MSK tərəfindən bu gün səhərə yaxın elan edilən ilkin nəticələri, müxtəlif qurumların keçirdikləri “exit-poll”ların yekunu xalqın mütləq əksəriyyətinin Konstitusiya islahatlarını dəstəklədiyini sübut etdi.

Ən əsası isə, xalq bu referendum vasitəsilə Prezident İlham Əliyevə olan inamını növbəti dəfə rəsmiləşdirdi, ona ümummilli etimadın yeni mandatını verdi!

Bu gündən Azərbaycanda dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələsi başlayır. Bu mərhələni uğurla gedəcəyimizə, Azərbaycanı daha qüdrətli, müstəqilliyimizi daha dönməz edəcəyimizə əsla şübhə yoxdur.

Çünki istiqlalımızın bayraqdarı İlham Əliyev artıq dünya gündəminə daha güclü ümummilli dəstəklə, daha böyük etimadla qədəm qoyur!..

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2016.-27 sentyabr.- S.1.