Konstitusiya islahatları dövlət quruculuğunda yeni mərhələnin
başlanğıcı olacaq
Azərbaycan Prezidenti
İlham Əliyev referendumda səs verdi
Sentyabrın 26-sı müasir müstəqil Azərbaycan Respublikasının
tarixində növbəti
ümumxalq səsverməsi
(referendum) günü kimi
qalacaq.
Müstəqil Azərbaycan Respublikasının
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının
qəbul edilməsindən
21 il keçir.
Bu müddət ərzində ölkəmiz
böyük inkişaf
yolu keçib, geniş hüquqi islahatlar aparılıb və bütün bunlar demokratik vətəndaş cəmiyyəti
quruculuğu üçün
möhkəm təməl
yaradıb. Lakin ölkədə,
cəmiyyətdə gedən
proseslər zaman-zaman yeni tələblər irəli sürür.
Konstitusiya isə elə
bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir. Bu baxımdan 2002-ci və
2009-cu illərdə Azərbaycan
Konstitusiyasına edilmiş
dəyişikliklərdən sonrakı dövrdə əldə olunmuş uğurlar bu islahatların təsirli və səmərəli olduğunu sübut edib. Hazırda Azərbaycan öz
inkişafının elə
bir mərhələsinə
daxil olub ki, ölkənin Əsas Qanununa müəyyən əlavələr
və dəyişikliklər
edilməsi zərurətə
çevrilib.
Sentyabrın 26-da ümumxalq səsverməsinə
çıxarılan Referendum Aktında Konstitusiyanın
23 maddəsinə dəyişikliklər
edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr
və dəyişikliklər
insan haqlarının və azadlıqların müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv və çevik dövlət idarəçiliyi mexanizminin
formalaşmasını, həyata
keçirilən iqtisadi
islahatların səmərəliliyini
və ardıcıllığını
təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin
təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən
edilməsini, dövlətin
təhlükəsizliyi, cəmiyyətdə
sabitlik üçün
əlavə təminatlar
yaradılmasını nəzərdə
tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının
müasir mərhələsində
onun həyat fəaliyyətinin əsas
sahələrini əhatə
edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da səsvermə prosesinin başladığı ilk dəqiqələrdən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.
X X X
Paytaxtın 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici və yerli müşahidəçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyirdilər.
Azərbaycan.-2016.-27 sentyabr.- S.2.