Azərbaycan Prezidenti İlham Əliyev
Avropa Xalq
Partiyasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri, Avropa Xalq Partiyasının keçmiş sədr müavini David Marionun başçılıq etdiyi, Avropa Parlamentinin, Avropa ölkələrinin deputatlarının və bir sıra beynəlxalq təşkilatların əməkdaşlarının daxil olduğu nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Avropa Xalq Partiyasının böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkəmizin müvafiq strukturları ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir gündə ölkəmizə səfərini yaxın tərəfdaşlıq əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.
Dörd il bundan əvvəl Bakıya səfər etdiyini vurğulayan Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri David Mario ötən dövr ərzində paytaxtda böyük dəyişikliklərin şahidi olduğunu və həyata keçirilən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.
David Mario
bu gün səhər
artıq bir neçə seçki
məntəqəsində müşahidələr
apardıqlarını dedi və gün ərzində Bakıda və ölkəmizin
müxtəlif regionlarında müşahidələrini davam etdirəcəklərini bildirdi.
Azərbaycan üçün
əsas məsələlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ötən səfərində
nümayəndə heyəti ilə birlikdə cəbhə
bölgəsində olduğunu
xatırladı və Avropa Xalq Partiyasının nümayəndələri
olaraq münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılması
işinə töhfə verə biləcəklərini vurğuladı.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan konstruktiv
mövqeyini dəstəklədiklərini bildirdi.
Azərbaycan.-2016.-27 sentyabr.- S.3.