Andre Rişar: Azərbaycanda
referendum Avropa standartlarına
uyğun keçirilir
Milli Məclisin
sədri Oqtay Əsədov Azərbaycan Respublikasının Konstitusiyasına
təklif olunan əlavə və dəyişikliklərlə bağlı
sentyabrın 26-da keçirilən
ümumxalq səsverməsini
(referendum) müşahidə etmək üçün ölkəmizə gələn
Fransa parlamentinin nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay
Əsədov Fransa parlamenti nümayəndə
heyətinin referendumla
əlaqədar səsverməni
izləməsinin əhəmiyyətini
qeyd edib. O, Azərbaycan
Respublikasının Konstitusiyasına
təklif olunan əlavə və dəyişikliklərlə bağlı
məlumat verib.
Səsvermənin beynəlxalq standartlara uyğun olaraq keçirilməsi üçün
hər cür şəraitin yaradıldığını
vurğulayan Milli Məclisin sədri deyib ki, min seçki
məntəqəsində veb-kamera
quraşdırılıb. Bu da hər bir
şəxsə səsvermənin
gedişini onlayn izləməyə imkanı
verir.
Nümayəndə heyətinin rəhbəri,
senator, Fransa-Qafqaz Dostluq
Qrupunun sədri Andre Rişar Azərbaycanda keçirilən referendumu
müşahidə etməkdən
məmnunluğunu bildirib. O deyib ki, referendumu müşahidə etmək
üçün Fransa
parlamentinin nümayəndələrinin
bir çoxundan müraciət daxil olub.
A.Rişar vurğulayıb ki, gördükləri və
eşitdikləri Azərbaycanda
səsvermənin Avropa
standartlarına uyğun
keçirildiyini deməyə
əsas verir. O, ümumiyyətlə
Azərbaycanda seçki
prosesinin yaxşı təşkil olunduğunu qeyd edib. Fransalı senator nümayəndə heyətinin
əsasən məcburi
köçkünlərin məskunlaşdıqları
bölgələrdə olduğunu
və həmin insanların seçki prosesində iştirakını
izlədiklərini diqqətə
çatdırıb.
Azərbaycan.-2016.-27 sentyabr.- S.3.