Azərbaycan vətəndaşları
Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasəti
dərindən dəstəklədiklərini ifadə etdilər
Əli ƏHMƏDOV: “Referendumdan sonra
yaradılan siyasi və hüquqi baza ölkəmizdə
iqtisadi və siyasi islahatların daha cəsarətlə,
etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə
nail olunmasına hədəflənmiş
formada həyata keçirilməsini təmin edəcək”
“Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün keçirilən ümumxalq səsverməsində vətəndaşların böyük əksəriyyəti yaxından iştirak ediblər. YAP-ın ölkə üzrə müşahidəçilərinin verdiyi məlumatlar əsasında tam məsuliyyətlə söyləyə bilərəm ki, səsvermədə vətəndaşlar yüksək fəallıq göstəriblər. Bu da ondan xəbər verir ki, Azərbaycan vətəndaşları ölkəmizdə keçirilən referenduma kifayət qədər məsuliyyətlə yanaşıblar, səsverməyə çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər. Nəticə etibarilə ölkəmizdə növbəti demokratik prosedur həyata keçirilib”.
Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dünən ümumxalq səsverməsinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında dedi. YAP-ın sədr müavini qeyd etdi ki, referendum ayrı-ayrı ölkələrin həyatında tez-tez tətbiq olunan demokratik proseslərdən biridir. Müxtəlif ölkələrdə bu və digər ictimai məsələlərlə əlaqədar ümumxalq səsverməsi keçirilir: “Azərbaycanda artıq 3-cü referendum keçirildi. Bu, Azərbaycan vətəndaşlarının iradəsinin ifadə olunmasının bir nümunəsidir. Güman edirəm ki, gələcəkdə də təkcə Əsas Qanunun dəyişdirilməsi ilə bağlı deyil, ictimai həyatımızın digər vacib məsələləri ilə əlaqədar ümumxalq səsverməsi keçirilə bilər. 26 sentyabrda keçirilən referenduma ilk növbədə Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymət verilməlidir. İnsanların səsvermə prosesində fəal iştirakı bu amillə əlaqədardır və bu test kifayət qədər uğurlu olub. Bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə etdilər”.
Əli Əhmədov bildirdi ki, referendum Konstitusiyamızın müasir tələblər baxımından təkmilləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir: “Konstitusiya dəyişikliklərinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizmlərinin daha çevik formaya salınması ilə əlaqədardır. Digər tərəfdən, referenduma çıxarılan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadi və siyasi islahatların hüquqi bazasının etibarlı mexanizminin yaradılması məqsədi daşıyır. Bu mənada referendumda həll olunan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumdan sonra yaradılan siyasi və hüquqi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək”.
YAP sədrinin müavini əlavə etdi ki, referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. “30-dan çox ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər referendumun gedişini izləyiblər. Həmin müşahidəçilər KİV vasitəsilə referendumun demokratik prosedurlara, Seçki Məcəlləsinə tam uyğunluğu haqqında öz qənaətlərini bölüşüblər. Mən öz müşahidəçilərimizin məlumatları əsasında deyə bilərəm ki, bütün ölkə üzrə referendum normal, sakit, Seçki Məcəlləsinin müddəalarına uyğun keçirilib. Bu referendum Azərbaycanda demokratiyanın inkişafı sahəsində irəliyə doğru atılan əhəmiyyətli bir addımdır” - deyə Əli Əhmədov diqqətə çatdırdı.
YAP referendumun təşviqat kampaniyasında yaxından
iştirak edib. Bu barədə danışan
Əli Əhmədov dedi: “Bu məqsədlə
“Yeni Azərbaycan” təşviqat qrupu yaradıldı və geniş fəaliyyət göstərdi. Bu kampaniyada
YAP-ın on minlərlə
fəalı bütün
bölgələrdə yaxından
iştirak edib. Partiyamızın fəallarının fədakarlığı kampaniyanın
uğurlu keçməsinə
öz töhfəsini
verib. Eyni zamanda, vətəndaşlarımızın
əksəriyyəti referenduma
çıxarılan məsələlərə
müsbət münaisbət
bildiriblər. Bunu “exit-poll”arın
nəticələri də
göstərir. Hesab edirəm
ki, referendumdan sonra Azərbaycanın inkişafında yeni səhifə açılacaq,
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində
daha ciddi, cəsarətli addımlar
atılacaq. Xalqımız
yaxın zamanlarda bu islahatların nəticələrini hiss edəcək. Qarşıdakı
dövrdə Azərbaycan
iqtisadiyyatı daha da inkişaf edəcək və bunun nəticəsində əhalinin rifahının daha
da yüksəlməsi
istiqamətində zəruri
addımlar atılacaq.
Referendumun uğurla baş
tutması münasibətilə
bütün Azərbaycan
xalqını, xüsusilə
Prezident İlham Əliyevi təbrik edirəm. Çünki bu amil Azərbaycan xalqının
növbəti dəfə
Prezident İlham Əliyevə etimad göstərməsinin parlaq
nümunəsidir”.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2016.-27
sentyabr.- S.5.