ABŞ-ın “AJF Associates & İNC” təşkilatı referendum günü keçirdiyi “exit poll”un nəticələrini
açıqlayıb
ABŞ-ın “AJF Associates & İNC” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən sentyabrın 26-da seçki məntəqələrində təşkil edilmiş “exit poll”un nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “AJF Associates & İNC” təşkilatının Azərbaycanda bundan əvvəl parlament seçkilərində səsvermə günü “exit poll” keçirdiyini diqqətə çatdırıb. O deyib ki, ABŞ-dan olan “exit poll”çular gün ərzində referendumda iştirak edən çoxsaylı vətəndaşların rəylərini öyrəniblər. Bu barədə təşkilatın prezidenti Corc Bornbaum məlumat verəcək.
ABŞ-ın “AJF Associates & İNC” təşkilatının prezidenti Corc Bornbaum bildirdi ki, əvvəlcədən püşk atma metodu ilə seçilmiş 100 seçki dairəsindəki 450 məntəqədə “exit-poll” keçirilib. Respondentlər sorğu prosesinə təsadüfi seçmə metoduna əsasən cəlb ediliblər.
Dünya üzrə 20-dən
artıq ölkədə seçkiləri müşahidə
etdiklərini bildirən Corc Bornbaum Azərbaycanda keçirilən referendumun peşəkarlıqla təşkil olunduğunu və keçirildiyini
yüksək dəyərləndirərək vurğulayıb:
“Referendum günü
səs verən 32 min 400 nəfər
arasında “exit-poll” keçirdik.
“Exit poll” keçirdiyimiz məntəqələrdə
seçicilərin 88,9 faizi səsvermədə
fəal iştirak edib.
Onlar referendumda səsverməyə
çıxarılan məsələlərə “hə” deyərək,
dəyişikliklərin tərəfdarı olduqlarını
vurğulayıblar. Azərbaycan Respublikası ərazisində
təhlükəsizliyin və müdafiənin, insan haqlarının təmin olunması ilə
bağlı təkliflər müsbət qarşılanıb.
Sosial təminat ilə bağlı təkliflərə
isə seçicilərin 86,5 faizi müsbət
cavab verib. Konstitusiya ilə bağlı dəyişiklərə
dəstək verənlərin sayı daha çox olub. “Exit poll”a
cəlb olunan seçicilərin 90 faizi referenduma çıxarılan
məsələlərə “hə” deyib”.
Azərbaycan.-2016.-27 sentyabr.- S.6.