“ELS” Müstəqil
Araşdırmalar Mərkəzi “exit-poll”un nəticələrini açıqlayıb
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) zamanı həyata keçirdiyi “exit-poll” tədqiqatının nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri İradə Yaqubova mətbuat konfransında “exit-poll”un 118 seçki dairəsinin 400 seçki məntəqəsində aparıldığını və gün ərzində intervüerlərin məlumatları saat 10:00, 13:00, 16:00, 18:00-da “ELS”in Qərargahına ötürdüklərini deyib. Bildirib ki, məlumatların toplanması prosesi normal keçib. Saat 18:00-da olan məlumata görə, səsvermə fəallığı 65,1 faiz olub.
Regionlarda olduğu kimi, paytaxtda da seçici fəallığı nəzərə çarpdığını deyən İ.Yaqubova seçicilərin tədqiqata böyük maraq göstərdiklərini və anketləri həvəslə doldurduqlarını vurğulayıb.
“Dövlət təhlükəsizliyi
və müdafiəsinin təmin edilməsi ilə
bağlı Konstitusiyaya təklif olunan dəyişikliklərə 90,2 faiz seçici müsbət,
9,8 faizi isə mənfi cavab
verib. İnsan və vətəndaş
hüquqları və azadlıqlarının təmin edilməsinə
dair təkliflər 88,4 faiz seçici tərəfindən
dəstəklənib. Seçicilərin 11,6 faizi
isə bu təklifləri qəbul etmədiyini
bildirib. Dövlət idarəetməsi sistemi və icra hakimiyyəti
strukturunda islahatlarla
bağlı təkliflərə 88,5 faiz seçici “Hə”, 11,5 faiz
isə “Yox” deyib. Seçkili və
təyinatlı vəzifələrin yaş
məhdudiyyəti və səlahiyyət müddətinin dəyişdirilməsi
ilə bağlı təkliflər 86,4 faiz
seçici tərəfindən müsbət,
13,6 faiz tərəfindən mənfi
qarşılanıb”, - deyə İ.Yaqubova
qeyd edib.
Azərbaycan.-2016.-27 sentyabr.- S.6.