Vətəndaşlar “exit-poll” sorğularında da fəallıq nümayiş etdirdilər

Ölkəmizdə daha bir tarixi hadisə yaşandı. Xalq referenduma gedərək Konstitusiya islahatlarına öz münasibətini bildirdi. Yüksək seçki mədəniyyətinin formalaşdığı Azərbaycanda referendum demokratik, şəffaf seçicilərin fəallığı şəraitində baş tutdu.

Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün “exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilir. Azərbaycanda da 2003-cü ildən başlayaraq prezident, parlament bələdiyyə seçkilərində, o cümlədən referendumda “exit-poll” keçirilir. “Exit-poll” Mərkəzi Seçki Komissiyasının nəticələri rəsmən elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, səsvermənin nəticələrinə ictimai nəzarəti həyata keçirir.

Mərkəzi Seçki Komissiyası tərəfindən referendumda “exit-poll” keçirmək üçün müraciət edən 4 təşkilat qeydiyyatdan keçib. Bunların arasında yerli təşkilatlarla yanaşı, ABŞ-ın Fransanın “exit-poll”lar keçirən qurumları da var. Belə ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 400 seçki məntəqəsində, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ınArtur Finkelşteyn Assosiasiyaşirkəti ilə birlikdə 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118 seçki dairəsi üzrə 152 seçki məntəqəsində, “RəyMonitorinq Mərkəzinin 450 əməkdaşı 48 dairə üzrə “exit-poll” keçirib.

“Exit-poll” aparan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndəsi Rəhim Bayramlı bildirdi ki, hər bir vətəndaş səsvermədə yüksək əhvali-ruhiyyədə iştirak edib. Onun sözlərinə görə, səsvermədə iştirak edənlər məntəqədən çıxdıqdan sonra “exit-poll” keçirən şəxslərə yaxınlaşaraq sərbəst şəkildə bir daha öz münasibətlərini bildirdi. Sorğular göstərir ki, indiyədək səsvermədə iştirak edən hər bir vətəndaş seçki məntəqələrində yaradılan şəraitdən səsvermə prosesindən razıdır.

RəyMonitorinq Mərkəzinin “exit-poll” aparan nümayəndəsi Orxan Qocayev bizimlə söhbətində bildirdi ki, vətəndaşlar səsvermə prosesində iştirak etdikdən sonra onlara yaxınlaşaraq anonim sorğu vərəqlərini doldururlar. Artıq hər kəs bilir ki, “exit-poll”da iştirak etməklə  ölkənin seçki üzrə beynəlxalq standartlara cavab verməsinə yardım etmiş olurlar.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” aparan digər nümayəndəsi Nərgiz Həsənova isə bildirdi ki, “exit-poll” bu gün bütün dünyada geniş tətbiq olunan seçki günü seçki məntəqələrinin çıxışında səs vermiş seçicilərin rəy sorğusudur. İctimai rəyin öyrənilməsi bütün dövrlərdə mövcud olan dövlətlərin, eləcə cəmiyyətlərin hər zaman maraq dairəsində olub. Təcrübə onu göstərir ki, seçicilərin rəyini öyrənmək yalnız seçki günü seçki məntəqələrində mümkündür. Azərbaycanda isə artıq uzun müddətdir bu təcrübə tətbiq olunur uğurlu nəticəsi göz önündədir.

Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının ümumxalq səsverməsinin  nəticələri ilə bağlı elan etdiyi son məlumatla “exit-poll”ların ümumi nəticəsi demək olar ki, üst-üstə düşdü.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.-27 sentyabr.- S.7.