Qubadlıdan olan 106 yaşlı seçici
Simuzər Quliyevanın arzusu
Qubadlı rayonunun ən yaşlı seçicilərindən olan İşıqlı kənd sakini, məcburi köçkün, 106 yaşlı Simuzər Quliyeva sentyabrın 26-da ümumxalq səsverməsində iştirak edib.
AZƏRTAC xəbər verir ki, vətəndaşlıq borcunu yerinə yetirən Simuzər Quliyeva dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Beş uşaq, çoxlu nəvə, nəticə, kötücə sahibi olan Simuzər nənənin bir arzusu var: Qubadlını görmək.
Simuzər nənə ümumxalq
səsverməsində konstitusion hüququndan istifadə edəndən sonra gənclərə müraciətlə deyib: “Qubadlı bizim üçün darıxır, bizdə
Qubadlı üçün. Azərbaycan bu gün inkişaf
edir, güclü
ölkədir. Prezidentimizin ətrafında
sıx birləşib mənfur düşmənin cavabını
verməyin zamanı çatıb. İnşallah,
tezliklə doğma torpağımıza
qayıdıb, növbəti seçkini orada keçirək”.
Azərbaycan.-2016.-27 sentyabr.- S.16.