111 yaşlı Gülüstan nənənin evinə
daşınan səsvermə qutusu
aparılıb
Gülüstan Xəlilova Zərdab rayonunun ən yaşlı sakinidir. Qaravəlli kəndində yaşayır. 111 yaşlı ağbirçəyin 5 övladı, 16 nəvəsi, 22 nəticəsi var. Həmişə olduğu kimi, bu gün də bu ahıl yaşında məsuliyyətlidir. O, referendumda iştirak etməklə, Konstitusion hüququnu yerinə yetirib.
AZƏRTAC xəbər verir
ki, sentyabrın 26-da Konstitusiyamıza təklif
olunan dəyişikliklərlə
bağlı keçirilən referendumda iştirak etmək üçün
Gülüstan nənənin evinə
daşınan səsvermə qutusu gətirilib.
Ona bu şəraiti yaradanlara minnətdarlığını bildirən
Gülüstan nənə deyib:
“Sağ olun ki, məni yaddan
çıxarmamısınız. Əsas Qanunumuza
olan dəyişikliyi nəvələrim mənə
izah ediblər. Uzun ömür sürmüşəm, çox əzab-əziyyətlər
görmüşəm. Bugünkü əmin-amanlıq
heç də hər ölkəyə nəsib
olmur. Bunun qədrini
bilmək lazımdır. Arzum budur ki, yumruq
tək birləşib, daim dövlətçiliyimizə
sadiq olaq. Allah ölkəmizdəki bu
əmin-amanlığı, sabitliyi daimi etsin”.
Azərbaycan.-2016.-27 sentyabr.- S.16.