Qusarın 105
yaşlı sakini məntəqəyə
gələrək səs verib
Qusar rayonunun Bədişqala kənd sakini, 105 yaşlı Bəsbəyi Döndərova seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Bəsbəyi nənə 51 saylı Qusar seçki dairəsində qeydiyyatda olan ən yaşlı seçicidir.
39 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edən Bəsbəyi Döndərovanın 8 övladı, 80-dən çox nəvə və nəticəsi var.
51 saylı Qusar seçki dairəsinin ən yaşlı seçicisi AZƏRTAC-a müsahibəsində bu vaxta qədər keçirilən bütün seçkilərdə də fəal iştirak etdiyini bildirib.
Qeyd edək ki,
39 saylı seçki məntəqəsində,
ümumilikdə, 755 seçici
qeydiyyatdadır. Onlardan bir
nəfər 100 yaşından yuxarı, bir
nəfər isə 18 yaşı yeni tamam olan gəncdir.
Azərbaycan.-2016.-27 sentyabr.- S.16.