Azərbaycan postneft dövrünə yeni iqtisadi modellə qədəm oyur

Milli iqtisadiyyatın strateji yol xəritəsi növbəti on il üçün iqtisadi inkişafda əsas sənəd olacaq

 

Azərbaycanda qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, maliyyə sahəsində şəffaflığın artırılması, eləcə də ictimai nəzarət mexanizminin daha da fəallaşdırılması istiqamətində yeni islahatlar həyata keçirilir, mühüm sənədlər imzalanır.

Prezident İlham Əliyevin yeni iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb. İqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən verilən qərarlar isə strateji xarakter daşımaqla yanaşı, yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycan postneft dövrünə daxil olur və hazırda növbəti inkişaf mərhələsinin başlanğıcında olan ölkəmiz bəzi dövlətlərdən fərqli olaraq özünün növbəti uğurlu inkişaf modelini seçib. Bu dövrün özünəməxsus qanunauyğunluqları, iqtisadi siyasət çağırışları mövcuddur. İqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, idxaldan asılılığı azaltmaq, qeyri-neft məhsullarının ixracını əsaslı şəkildə artırmaq yeni mərhələnin əsas prioritetləri olacaq. Dövlət başçısının aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası məhz ölkəmizin yeni inkişaf hədəflərinə hesablanıb. Bu səbəbdən Prezident İlham Əliyev yaxın illər, eləcə də perspektiv üçün yeni iqtisadi islahatların yol xəritəsinin hazırlanması tapşırığı verib, bununla bağlı xüsusi sərəncam imzalayıb.

Strateji yol xəritəsi 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı ilə yanaşı, 2025-ci ilondan sonrakı dövr üçün ümumi hədəfləri də müəyyənləşdirəcək. Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, strateji yol xəritəsi çərçivəsində bir il üçün təfsilatlı yol xəritəsi, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı hədəf baxışı kimi sənədlər hazırlanıb. İstehsal və xidmətlər sahəsində 6 əsas sektoru, iki sosial və 3 infrastruktur sektorunu əhatə edən strateji yol xəritəsi növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi olacaq. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat quruculuğu, həmçinin dayanıqlı iqtisadi inkişaf xətti davam edəcək, iqtisadi artımın uzunmüddətli səviyyəsi yüksəlməklə məcmu buraxılış kəsiri yaxşılaşacaq. Bunun üçün qısamüddətli dövrdə fiskalmonetar siyasətlərdən istifadə olunacaq, orta və uzunmüddətli dönəmdə isə məcmu təklifi dəstəkləyən investisiya mühitiinfrastruktur daha da yaxşılaşdırılacaq, bazarlara çıxış imkanları genişləndiriləcək, qlobal dəyər zəncirində mövqelər gücləndiriləcək.

Strateji yol xəritəsi Azərbaycanın gələcəyinə xidmət edən sənəddir. Bu sənədə müvafiq aparılacaq islahatlar çərçivəsində dövlət sektoru ilə özəl sektor arasındakı nisbət ikincinin xeyrinə dəyişəcək, müəssisələrin vergi yükü yüngülləşəcək, biznes mühiti yaxşılaşacaq, xarici investorlar üçün daha əlverişli şərait yaradılacaq.

Artıq 2017-ci ilin dövlət büdcəsi layihəsi də hazırdır və Nazirlər Kabineti büdcə zərfinə daxil olan sənədlər toplusunu Prezident İlham Əliyevə təqdim edib. Gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla dövlət başçısının rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosialyönümlüyü əsas götürülüb, əhalinin maddi rifahının daim yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilib.

Bu gün ölkəmizdə biznesinvestisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. İlin əvvəlində “2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq” deyən Prezident İlham Əliyev islahatları daha qətiyyətlə və sürətlə aparmaq istiqamətində ardıcıl tədbirlər gördü. Bu istiqamətdə fərman və sərəncamlar imzalandı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi islahatlar aparıldı. Vergigömrük sistemindəki genişmiqyaslı islahatlar, kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində müasir beynəlxalq standartlara cavab verən xidmətlərin formalaşdırılması prosesi başlandı. Çevik və səmərəli vergigömrük siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradıldı, qabaqcıl ölkələrin qanunvericilkləri ilə uzlaşdırıldı.

Prezident İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha da təkmilləşdirmək, vergi öhdəliklərini düzgün müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra metodların tətbiqinə yol açır. Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi (ƏDV) ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Sərəncamda qeyd olunur ki, kiçikorta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq.

İqtisadçı ekspertlər qeyd edirlər ki, ƏDV son istehlakçıdan alınan istehlak vergisidirbu verginin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsi ilə nəticələnməlidir. Bu da sahibkarın dövriyyəsinin, son nəticədə isə mənfəətinin artmasına müsbət təsir göstərəcək. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan malların və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmalıdır. Əgər uçotu aparılmazsa, ƏDV ümumi dövriyyəyə tətbiq olunacaq. Buna görə ƏDV-nin ticarət əlavəsindən hasablanması sosial xarakterlidir.

Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev məhz bu sahədə görülən işlərə toxunaraq qeyd etdi ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Dövlət başçısı bütün sahələrdə islahatların dərinləşməsinin, şəffaflığın təmin edilməsinin, maliyyə nəzarətinin daha da gücləndirilməsinin vacibliyini vurğuladı.

İslahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Burada həyata keçirilən son dəyişikliklər nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların, nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi daha da təkmilləşdirilib. Həmçinin ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülüb.

Prezident İlham Əliyevin gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncam xaricdən gətirilən malların qeydiyyat prosesinin sadələşdirilməsini, tranzit yüklərin sığorta və gömrük sahəsində müəyyən xidmətlərin ödənişindən azad olunmasını, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsini təmin edib. Azərbaycanın həm də tranzit ölkəsi olaraq inkişaf etməsinə təkan verən bu sənəd ölkənin biznes mühitinin daha da sağlamlaşması ilə nəticələnib.

Həyata keçirilən yeni iqtisadi islahatlar, hazırlanan iqtisadi strategiyastrateji yol xəritəsi Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına yönəldilib. Qazanılan nailiyyətlər isə görülən işlərin məntiqi nəticəsidir.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.-24 sentyabr.- S.1-4.