Zamanın tələbi

Dünyanın demokratik ölkələrində hüququn təməlini konstitusiya təşkil edir. Cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatını istiqamətləndirən bütün digər qanunlar Konstitusiya müddəalarına əsaslanmaqla hazırlanıb qəbul edilir. Məhz konstitusiya dövlətin hüquqi əsaslarını müəyyənləşdirir, insan hüquqlarının müdafiəsini rəhbər tutur. Tarixə ümummilli liderin Konstitusiyası kimi daxil olan Əsas Qanunumuz dövlətçiliyimizi qorumağı, vətəni sevmənin aliliyini və zəruriliyini bir daha dərk etdirir, dövlətə, xalqa qarşı xəyanətkarlığın bağışlanmazlığını, sayıqlığın qanuniliyini bəyan edir.

Ölkəmizin bəşəri dəyərlərə söykənən, hüququn aliliyinin təmin edildiyi bir dövlətə çevrilməsi üçün bu siyasi-hüquqi sənəd, həm də cəmiyyətin və dövlətin strukturunda baş verən ciddi keyfiyyət dəyişikliklərini özündə əks etdirmək üçün daim yenilənməli və günün tələblərinə cavab verməlidir. Ona görə də ulu öndər Heydər Əliyevin 22 iyun 2002-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması qərara alındı. 24 avqust 2002-ci il tarixində Azərbaycan xalqı referendum yolu ilə Konstitusiyanın 24 maddəsində müvafiq dəyişikliklər edilməsinə səs verdi.

Zaman dəyişir, həm beynəlxalq aləmdə, həm də ölkə daxilində elə proseslər baş verir ki, hətta yaxın keçmişdə onları proqnozlaşdırmaq belə, aktual məsələ hesab edilmirdi. Hər kəs başa düşür ki, yaşadığımız dünyanın reallıqları var və hər şey bu reallıqlar çərçivəsində dəyərləndirilməlidir. Əvvəla, dünya artıq qloballaşıb, sanki yenidən bölüşdürülürfaktiki olaraq həyatın bütün sahələrini əhatə edən dəyişiklikləri, az qala hər gün hiss edirik. Dünyanın istənilən guşəsində baş verənlər anında geniş ictimaiyyətin nəzərinə çatdırılır. Bu informasiya heçqüsursuz ötürülmürbu qüsur bəzi dairələrin maraq çərçivəsinə uyğunlaşdırılaraq bilərəkdən reallıq kimi təqdim olunur. Bəzi dairələr dedikdə isə dünyada əsas söz sahibi olan ölkələrin idarəediciləri və onların maraqları nəzərdə tutulur. Onların maraq dairələrində, ilk növbədə, iqtisadi-siyasi amillər və dini təəssübkeşlik aydınca görünür. Beləliklə, Azərbaycan qərəzli maraqların, ikili standartların reallığı ilə üzbəüz qalır.

Ötən dövrə nəzər salsaq, aydın görünür ki, ən ağır günlərdə siyasət dahisi, ümummilli lider Heydər Əliyev tərəfindən tam parçalanmaqişğal olunmaq təhlükəsindən, Dağlıq Qarabağ və ətrafındakı rayonlar qismində yara alaraq, xilas edilən Azərbaycan yenidən inşa olunmağa başladı. Ümummilli liderin rəhbərliyi altında aparılan son dərəcə gərgin fəaliyyətin nəticəsində Azərbaycan xalqının taleyilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremizmə son qoyuldu. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdülərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıldı.

Azərbaycan xalqı şanslıdır, ona görə ki, ümummilli liderdən sonra hakimiyyətə siyasi cəhətdən yetkin, işgüzar, yaradıcı, bacarıqlı, qətiyyətli, humanist və vətənpərvər bir şəxsiyyət gəldi. Söhbət müasir Azərbaycanın qurucusu Pezident İlham Əliyevdən gedir. Azərbaycan ərazi etibarilə kiçik bir ölkə olsa da, onun dünya siyasətçiləri arasında sayılıb seçilən, nüfuzu olan, bütün çağırışlara xalqın və dövlətin milli maraqlarından çıxış edərək cavab verən lideri və başçısı var.

Prezident İlham Əliyev uğurlu xaricidaxili siyasət həyata keçirir. Azərbaycanı istehlakçı ölkədən ixracatçı ölkə səviyyəsinə qaldırır. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını daim diqqət mərkəzində saxlayır. Müstəqil xarici siyasət həyata keçirməklə bu qəliz coğrafiyada Azərbaycanın müstəqilliyini qoruyur, möhkəmləndirir və onu dönməz edir. Zaman cənab Prezidentin çiyinlərinə çox ağır bir yük qoydu. O, bu çətin, həm də çox məsuliyyətli vəzifənin öhdəsindən şərəflə gəlir. Dünyada baş verən dərin iqtisadi-siyasi, hərbi böhran zamanı Azərbaycanın sabit inkişaf xətti ölkə rəhbərinin opponentləri tərəfindən də qəbul edilir. İndi Azərbaycan keyfiyyətcə iqtisadi-siyasi-hüquqi inkişaf xəttinə qədəm qoyur. Məhz bu səbəb Əsas Qanuna dəyişikliklər edilməsini zəruri edir.

Ulu öndərin rəhbərliyi ilə hazırlanıb ərsəyə gətirilmiş, 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi, demokratik ali qanunlarından biridir. Bu da reallıqdır ki, daim yenilənən, qloballaşan dünyada, konstitusiyalar da dəyişilməli, müasir hüquqi münasibətlərə adekvat olmalıdır. Bütün bunları həyata keçirmək, dövlətimizi və hüquq sistemimizi inkişaf etdirəcək, keyfiyyətcə yeni mərhələyə çatdırmaq üçün ən etibarlı yol ulu öndərin siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin təşəbbüsü ilə, ictimai reallıqdan irəli gələn Konstitusiya dəyişikliklərinə səs verməkdən keçir. Konstitusiyamıza təklif edilən, əsasən insan hüquqlarının daha etibarlı təminatı, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, iqtisadisosial sferada inkişafı dayanıqlı etmək sahəsində ümumiləşdirilən dəyişiklik layihəsi cəmiyyətimizin, dövlətimizin maraqlarına, günün reallıqlarına cavab verir. Demokratiyainsan hüquqları bir-birilə sıx əlaqəlidir. Demokratiya insan hüquqları sisteminə daxil olan siyasi, iqtisadi və mədəni hüquqlar olmadan, bu hüquqlar isə demokratiya olmadan mümkün olmur. Ölkəmizdə keçiriləcək referendum məhz bu məqsədə xidmət edir.

Azərbaycan Respublikası dünya birliyinin fəal üzvü olduğunu, insan hüquq və azadlıqlarına böyük diqqət yetirdiyini 200-dən artıq beynəlxalq müqavilənin iştirakçısı olmaqla və həmin müqavilələrdən irəli gələn vəzifələri dönmədən yerinə yetirməklə sübut edib. Növbəti referendum da məhz həmin vəzifələri daha üstün formada yerinə yetirməyə yönəlik dəyişiklikləri qəbul etmək üçün zəruridir.

Hüquqi islahatlar hər şeydən əvvəl qanunların keyfiyyətinin yaxşılaşdırılmasına və icrasının təmin edilməsinə yönəlmiş kompleks fəaliyyətdir. Ümumxalq səsverməsi də məhz bu fəaliyyətin daha təsirli formalarını müəyyənləşdirmək və onlara həyati vəsiqə vermək üçündür.

İnsan hüquqlarının real müdafiəsini təmin etməyin növbəti mərhələsi 26 sentyabr tarixində keçiriləcək referendumdan keçir. Tarixin heç bir dövründə cəmiyyətimiz bugünkü kimi sürətli dəyişikliklərə məruz qalmamış, insan faktoru belə aktual, birinci dərəcəli vəzifə kimi gündəmə gəlməmişdir. Məhz hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq və azadlıqlarının müdafiə olunması kimi ülvi məqsədlərin reallaşması həyata keçirilən islahatların mahiyyətini təşkil edir.

Bu gün tam əsasla demək olar ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Əsas Qanun, həyata keçirilən təşkilati və praktiki tədbirlər ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını yaratmışdır. Bu əsaslar üzərində Prezident İlham Əliyev tərəfindən yeni Azərbaycan inşa edilir. O Azərbaycan ki, dünyanın dörd bir yanından baxan hər bir azərbaycanlı vüqarla ulu öndərin bu sözlərini dilə gətirərək deyir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.

Akif HÜMBƏTOV,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsinin müdiri

Azərbaycan.-2016.- 24 sentyabr.- S.7.