Azərbaycan Rioda 29 medal qazandı
Bu, müstəqilliyin
25 illiyinə idmançılar
tərəfindən gözəl
hədiyyədir
Son aylar Azərbaycanın
idman təqviminə növbəti dəfə qızıl hərflərlə
yazıldı. İdmançılarımız Braziliyanın Rio-de-Janeyro şəhərində
təşkil olunan Olimpiya və Paralimpiya Oyunlarında uğurla çıxış
edərək növbəti
dəfə dünyaya
Azərbaycanın idman
ölkəsi olduğunu
nümayiş etdirdilər.
Avqustun 5-21-də XXXI Yay Olimpiya Oyunlarında
böyük uğur qazanaraq Vətənə
18 medalla qayıdan idmançılarımız sözün
əsl mənasında
tarix yazdılar. Qazanılan medalların
sayına görə
15-ci pillədə qərarlaşan
Azərbaycan atletləri
nümayiş etdirdikləri
mübariz və yüksək səviyyəli
görüşlərlə xalqımızın rəğbətini
qazandılar.
Sentyabrın 7-18-də isə dünyanın
170 ölkəsindən 4 mindən
çox idmançının
mübarizə apardığı
sayca XV Yay Paralimpiya Oyunlarında atletlərimiz 1 qızıl,
8 gümüş və
2 bürünc olmaqla ümumilikdə 11 medal qazandılar.
Bununla da, Paralimpiya yığmamız medalların
ümumi sayına görə iştirakçı
ölkələr arasında
33-cü, Avropa ölkələri
arasında 16-cı, müsəlman
ölkələri sırasında
6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşdı.
Azərbaycan idmançılarının planetin ən mötəbər idman yarışlarında uğurla
çıxış edərək
ümumilikdə 29 medal qazanmaları,
4 illiyin ən nüfuzlu turnirində davamlı olaraq daha çox mükafat əldə
etmələri dövlət
qayğısının ən
parlaq göstəricisidir.
Dövlət başçısı, Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hər Olimpiada öncəsi və sonrası idmançıları qəbul
etməsi xoş ənənəyə çevrilib. Sentyabrın 23-də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən
XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla
və onların məşqçiləri ilə
görüşüb.
Sevindirici haldır ki, hər Olimpiadada olduğu kimi, Paralimpiadada medallarımızın
sayı artır, yeni idman qəhrəmanları
ortaya çıxır. Bu, Azərbaycanda dövlət
tərəfindən idmana,
Olimpiya hərəkatına
böyük qayğının
nəticəsidir. Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
idmanın inkişafı
Azərbaycanda dövlət
siyasətidir və Azərbaycan dövləti
bunun üçün
konkret addımlar atır. İdmançılara
olan hörmət cəmiyyətdə yüksək
səviyyədədir: “Bildiyiniz
kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox
yaxşı nəticələr
göstərmişdir, 18 medal qazanmışdır. Olimpiya və
Paralimpiya Oyunlarında
Azərbaycan idmançıları
29 medal qazanmışlar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda
sürətlə inkişaf
edir və hər bir mötəbər
beynəlxalq yarışda
idmançılarımız bizi sevindirir. İdmanın inkişafına böyük
diqqət göstərilir.
Bu, bizim siyasətimizin
əsas prioritetlərindən
biridir. Hər bir ölkənin
gücünü əks
etdirən həm də onun idman
potensialıdır, idman
nailiyyətidir. Azərbaycanda hər sahədə olduğu kimi, idmanda da böyük
inkişaf var. Şadam
ki, idmanla məşğul olmaq istəyənlərin sayı
artır. İdmançılar Azərbaycanda böyük
hörmətə layiqdirlər
və ictimaiyyət tərəfindən onların
fəaliyyətinə yüksək
qiymət verilir”.
Bir məqamı
xüsusilə qeyd etmək yerinə düşərdi. Rioda əldə edilən medalların bir neçəsinin əyarı
qızıl ola
bilərdi. Təbii ki, hakimlər
imkan versəydilər.
Atletlərimizin bəzilərinin görüşlərində açıq-aşkar
hakimlərin rəqiblərə
xal verməsi idmançılarımızı dərindən üzsə
də, bu qərarlara etiraz etsələr də, özlərini ləyaqətlə
aparmaları müsbət
məqam kimi dəyərləndirilməlidir. Dövlət başçısı
İlham Əliyev bununla bağlı deyib: “İdman elə bir fəaliyyət
növüdür ki, burada güclü qalib gəlməlidir, burada daim ədalət
zəfər çalmalıdır.
Bəzən biz görürük ki, bəzi yarışlarda
ədalətsiz qərarlar
qəbul edilir, o cümlədən bizim idmançılara qarşı.
Əlbəttə ki, bu, bizi çox narahat edir və
incidir. Ancaq bütün bunlara
baxmayaraq, Azərbaycan
artıq dəfələrlə
müxtəlif beynəlxalq
yarışlarda sübut
edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız
var və idmançılar Azərbaycanın
şöhrətini daim
yüksəklərdə saxlayırlar.”
Sevindirici haldır ki, bu gün Prezident
İlham Əliyevin rəhbərliyi altında
Milli Olimpiya Komitəsinin qazandığı
nüfuz, göstərdiyi
fəaliyyət beynəlxalq
idman təşkilatları
tərəfindən dəstəklənir
və ən yüksək qiymətə
layiq görülür. Rio Olimpiadası və Paralimpiadası Azərbaycanın
idman tarixində yeni səhifə açdı. Həm oyunlara
hazırlığı, həm
də idmançıların
çıxışları müsbət qiymətləndirildi.
Hər Olimpiadadan Olimpiadaya medalların sayının
artması, yeni idman qəhrəmanlarının
ortaya çıxması,
Azərbaycanda dövlət
tərəfindən idmana,
Olimpiya hərəkatına
böyük qayğının
nəticəsidir.
Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. Prezident
İlham Əliyevin vurğuladığı kimi,
bütün bunlar dövlətin idmana diqqət və qayğısından irəli
gəlir: “İdmanın
inkişafı ilə
bağlı kompleks tədbirlər görülür.
Məhz bunun nəticəsidir ki, bu gün
biz Avropa, dünya çempionatlarında, Olimpiya
və Paralimpiya Oyunlarında yüksək
nəticələr göstəririk.
Həm təlim-məşq prosesi
düzgün təşkil
edilir, həm də idman infrastrukturu
yaradılır. Bizim bölgələrimizdə
40-dan çox regional Olimpiya
Mərkəzi fəaliyyət
göstərir. Bir
neçə Olimpiya Mərkəzində tikinti
işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar
üçün xüsusi
Olimpiya İdman Mərkəzi yaradılmışdır
və orada bizim idmançılarımız
məşq edirlər.
Digər
infrastruktur yaradılır.
Bakıda ən yüksək beynəlxalq yarışları qəbul
edə biləcək idman obyektləri var. Keçən il
Avropa Oyunlarının
keçirilməsi zamanı
bütün dünya bunu gördü”.
Gələn ay isə bütün respublika Azərbaycanın
dövlət müstəqilliyinin
25-ci ildönümünü qeyd edəcək, bu əlamətdar hadisə ölkəmizdə
böyük coşqu ilə qeyd olunacaq. Bu illər ərzində Azərbaycanın qazandığı
bir-birindən böyük
nailiyyətlər və
yüksək beynəlxalq
nüfuz ölkəmizi
dünyaya ən qüdrətli idman dövlətlərindən biri
kimi tanıtmışdır.
Dövlət müstəqilliyimizin
25-ci ildönümü bizim
üçün ona görə ikiqat fərəhli, əlamətdardır
ki, bu bayrama
bir ay qalmış Braziliyada Azərbaycan idmançıları qazandıqları
mükafatlarla ölkəmizin
idman, Olimpiya hərəkatı tarixinə
qızıl hərflərlə
növbəti parlaq səhifə yazdılar. Prezident İlham Əliyev bununla bağlı deyib: “Biz bu il müstəqilliyimizin
bərpasının 25 illiyini
qeyd edəcəyik. Bu illərin mütləq
əksəriyyəti şanlı-şöhrətli
illərdir. Fəxr edirik
ki, bu gün
bu səviyyəyə
qalxmışıq. Gənc nəsil
bu dəyərləri
mütləq gələcəkdə
yaşatmalıdır ki,
inkişafımız dayanıqlı
olsun, Azərbaycan daim müstəqil ölkə kimi yüksək zirvələrdə
olsun. Ona görə, sizin
Rioda gözəl çıxışınız, eyni zamanda, gənclərə
də gözəl bir nümunədir. Əminəm
ki, bu yarışlardan
- Olimpiya, Paralimpiya Oyunlarından sonra bizim idman bölmələrimizə
müşahidə olunan
axın daha da güclənəcək”.
Riodakı tarixi uğur gələcək yarışlar
üçün gözləntiləri
artırır. Bu, idmançılar
qarşısında həm
məsuliyyət, həm
də inam hissini daha da
artıracaq və atletlərimiz qarşıdakı
nüfuzlu turnirlərdə
əldə edəcəkləri
yeni möhtəşəm
qələbələri ilə
xalqımızın etimadını
doğruldacaqlar.
Elçin CƏFƏROV
Azərbaycan.- 2016.- 25 sentyabr.- S.1.