Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 355
¹ 355
Bakı şəhəri,
21 sentyabr 2016-cı il
“Elektron hökumət”
portalına qoşulmalı
olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın
və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron
xidmətlərin
“Elektron hökumət”
portalına qoşulması
üçün Texniki
Tələblər”in təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 1 may tarixli
118 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
“Əhalinin sosial müdafiəsi sahəsində
idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
18 mart tarixli 853 nömrəli
Fərmanının 3.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
1 may tarixli 118 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, N5, maddə
547; 2015, N8, maddə 974, N11, maddə 1417; 2016, N4, maddə
795, N5, maddə 955, N6, maddə
1192) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına
qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 21-ci hissəsi ləğv edilsin və aşağıdakı məzmunda
6.1-1-ci və 6.1-2-ci bəndlər
əlavə edilsin:
6.1-1.Fərdi
uçot sistemində
sığortaolunanların məlumat
bazası
6.1-2.Pensiyaçılar
üzrə informasiya ehtiyatı
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 24 sentyabr.- S.10.