Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 354
¹ 354 Bakı
şəhəri, 21 sentyabr 2016-cı il
“Hüquqi şəxslərin dövlət
reyestrinin aparılması, istifadəsi və mühafizəsi
Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya
hüquqi şəxslərinin dövlət qeydiyyatı
haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin
dövlət qeydiyyatı haqqında şəhadətnamə”,
“Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin
dövlət reyestrindən çıxarışın
forması və çıxarışda göstərilən
məlumatların həcmi” və “Qeyri-kommersiya
qurumlarının və təhsil müəssisələrinin
dövlət qeydiyyatına alınması barədə ərizənin
forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
“Əhalinin
sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 18 mart tarixli 853 nömrəli Fərmanının
3.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, N4, maddə 384, N9, maddə 868, N12, maddə 1228;
2006, N10, maddə 902; 2008, N9, maddə 853, N12, maddə 1104;
2010, N6, maddə 548, N7, maddə 705; 2011, N5, maddə 445, N12,
maddə 1248; 2012, N4, maddə 391, N5, maddə 491, N11, maddə
1200; 2014, N5, maddə 548, N6, maddə 748, N9, maddələr
1121, 1122; 2015, N2, maddə 212) ilə təsdiq edilmiş
“Hüquqi şəxslərin dövlət reyestrinin
aparılması, istifadəsi və mühafizəsi
Qaydaları”nın 6.7-ci bəndində, 6.8-ci bəndinin birinci
cümləsində, 6.8-1-ci bəndinin ikinci və
üçüncü abzaslarında “Dövlət Sosial
Müdafiə Fonduna” sözləri “Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə
əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 24 sentyabr.- S.10.