Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 353
¹ 353
Bakı şəhəri, 20 sentyabr 2016-cı il
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il
17 iyun tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
“Meliorasiya
və su təsərrüfatı sahəsində idarəetmənin
təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 802 nömrəli
Fərmanının 2.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 17 iyun tarixli 149 nömrəli
qərarında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, N6, maddə 576; 2008, N6, maddələr 584, 586; 2010,
N6, maddə 566, N11, maddə 1039; 2013, N6, maddələr 741,
763; 2016, N3, maddə 577) aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin
qərarla təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:
1.1. 1-ci
hissə üzrə:
1.1.1.
1.1-ci bəndə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
“1.1. Cəmiyyət
həmin fərmana və “Meliorasiya və su təsərrüfatı
sahəsində idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında
dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli
Fərmanına uyğun fəaliyyət göstərir.”;
1.1.2.
1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Cəmiyyət
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər
tutur.”;
1.1.3. aşağıdakı məzmunda 1.3-1-ci bənd
əlavə edilsin:
“1.3-1. Cəmiyyətin
aparatı, idarə, nümayəndəlik və filialları,
habelə törəmə cəmiyyətləri Cəmiyyətin
strukturunu təşkil edir.”;
1.2. 5.2-ci
və 5.3-cü bəndlər istisna olmaqla, mətn üzrə
ismin müvafiq hallarında “tabeliyində olan idarə, müəssisə
və təşkilatlar” sözləri ismin müvafiq
hallarında “idarə, nümayəndəlik və filiallar,
habelə törəmə cəmiyyətlər” sözləri
ilə əvəz edilsin;
1.3.
3.2.7-ci, 3.3.19-cu yarımbəndlərdə və 3.3.15-ci
yarımbəndin birinci cümləsində ismin müvafiq
hallarında “tabeliyində olan təşkilatlar” sözləri
ismin müvafiq hallarında “idarə, nümayəndəlik və
filiallar, habelə törəmə cəmiyyətlər”
sözləri ilə əvəz edilsin;
1.4. 5.2-ci
və 5.3-cü bəndlər aşağıdakı redaksiyada
verilsin:
“5.2. Cəmiyyət müvafiq qanunvericiliyə uyğun
olaraq idarə, nümayəndəlik və filiallarını
yarada və ləğv edə, törəmə cəmiyyətlərini
yarada, yenidən təşkil və ləğv edə bilər.
5.3. Cəmiyyətin
idarə, nümayəndəlik və filiallarının, habelə
törəmə cəmiyyətlərinin rəhbərləri
həmin idarə, nümayəndəlik və filialların,
habelə törəmə cəmiyyətlərin məqsəd
və funksiyalarının həyata keçirilməsi
üçün qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.”;
1.5.
6.4-1-ci bənddə “şöbə” sözü “nümayəndəlik,
filial” sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 6-1-ci hissə
əlavə edilsin:
“6-1. Cəmiyyətin
ali idarəetmə orqanı
6-1.1. Cəmiyyətin
ali idarəetmə orqanı onun səhmdarlarının
ümumi yığıncağıdır.
6-1.2. Cəmiyyətin
səhmdarlarının ümumi
yığıncağının səlahiyyətlərinə
aid edilmiş məsələlər “Meliorasiya və su təsərrüfatı
sahəsində idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanına
uyğun olaraq həll edilir.”;
1.7. 7-ci
hissə üzrə:
1.7.1.
7.6.1-ci yarımbənddə “tərkibində olan qurumların”
sözləri “struktur bölmələrinin” sözləri ilə
əvəz edilsin;
1.7.2. aşağıdakı məzmunda 7.6.2-1-7.6.2-5-ci
yarımbəndlər əlavə edilsin:
“7.6.2-1. Cəmiyyətin
Nizamnaməsində, strukturunda, habelə nizamnamə
kapitalında dəyişikliklər edilməsi
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təkliflər verir;
7.6.2-2. Cəmiyyətin
inkişafı strategiyasının müəyyən edilməsi
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təkliflər verir;
7.6.2-3. Cəmiyyətin
illik hesabatlarının, mühasibat balanslarının, mənfəət
və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin
və zərərinin bölüşdürülməsi
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə müvafiq təkliflər verir;
7.6.2-4. Cəmiyyətin
fəaliyyətinin yaxşılaşdırılması məqsədi
ilə idarə, nümayəndəlik və filialların
yaradılması və ləğvi, törəmə cəmiyyətlərin
yaradılması, yenidən təşkili və ləğvi
barədə qərarlar qəbul edir və bu barədə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə məlumat verir;
7.6.2-5. Cəmiyyətin,
onun idarə, nümayəndəlik və filiallarının,
habelə törəmə cəmiyyətlərinin
balansında olan əmlakın müstəqil qaydada (sistem
daxilində) balansdan balansa, icarəyə və istifadəyə
verilməsi, silinməsi (ləğvi) barədə qərarlar
qəbul edir; “;
1.8. 8-ci
hissə üzrə:
1.8.1.
8.1.3-cü yarımbənddən “idarə” sözü
çıxarılsın;
1.8.2.
8.1.4-cü yarımbənddə “tabeliyində olan
qurumların” sözləri “idarə, nümayəndəlik və
filiallarının, habelə törəmə cəmiyyətlərinin”
sözləri ilə əvəz edilsin;
1.8.3.
8.1.6-cı yarımbənddə “rəhbər işçilərini”
sözləri “rəhbərlərini” sözü ilə əvəz
edilsin;
1.8.4.
8.1.7-ci yarımbənddə “tabeliyində olan struktur vahidlərinin”
sözləri “idarə, nümayəndəlik və
filiallarının, habelə törəmə cəmiyyətlərinin”
sözləri ilə əvəz edilsin;
1.8.5.
8.1.9-cu yarımbənd ləğv edilsin;
1.9. 9.1-ci
bəndin ikinci cümləsində “şöbələrindən”
sözü “struktur bölmələrindən” sözləri
ilə əvəz edilsin;
1.10. 11-ci
hissə üzrə:
1.10.1.
11.2-ci, 11.3-cü bəndlərdə, 11.3.3-cü, 11.3.4-cü,
11.3.5-ci və 11.3.6-cı yarımbəndlərdə ismin
müvafiq hallarında “tərkibinə daxil olan idarə,
müəssisə və təşkilatlar” sözləri ismin
müvafiq hallarında “idarə, nümayəndəlik və
filiallar, habelə törəmə cəmiyyətlər”
sözləri ilə əvəz edilsin;
1.10.2.
11.3.1-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“11.3.1.
mövcud normativ hüquqi aktlara uyğun olaraq, idarə,
nümayəndəlik və filiallarının, habelə
törəmə cəmiyyətlərinin balansında olan əmlakın
müstəqil qaydada (sistem daxilində) balansdan balansa,
hüquqi və fiziki şəxslərə icarəyə və
istifadəyə verilməsinə, habelə balansda əks
olunmuş fondların silinməsinə (ləğvinə)
müəyyən olunmuş qaydada razılıq vermək;”;
1.10.3.
11.3.2-ci yarımbənddə “tərkibinə daxil olan
qurumların” sözləri “idarə, nümayəndəlik və
filiallarının, habelə törəmə cəmiyyətlərinin”
sözləri ilə əvəz edilsin;
1.11. 12-ci
hissənin birinci cümləsi ikinci cümlə hesab edilsin və
aşağıdakı məzmunda birinci cümlə əlavə
edilsin:
“Cəmiyyətin
yenidən təşkili və ləğvi barədə qərarlar
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
qəbul edilir.”.
2. Həmin
qərarla təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin Strukturu”
aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin
STRUKTURU
1. Cəmiyyətin
aparatı.
2. Viləşçay
su anbarı istismarı idarəsi.
3.
Əyriçay su anbarı istismarı idarəsi.
4.
Ağstafaçay hidroqovşağı istismarı idarəsi.
5. Bəhrəmtəpə
hidroqovşağı istismarı idarəsi.
6.
Mil-Muğan hidroqovşağı istismarı idarəsi.
7. Tərtərçay
hidroqovşağı istismarı idarəsi.
8. Yuxarı Xanbulançay hidroqovşağı
istismarı idarəsi.
9. Yuxarı Qarabağ kanalı istismarı idarəsi.
10.
Yuxarı Şirvan kanalı istismarı idarəsi.
11.
Samur-Abşeron kanalı istismarı idarəsi.
12. Cənub-Muğan
kanalı istismarı idarəsi.
13. Şəmkirçay
su anbarı və magistral kanalları istismarı idarəsi.
14.
Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi.
15.
Baş Şirvan kollektorunun istismarı idarəsi.
16. Aşağı Muğan meliorativ sistemlərinin
istismarı idarəsi.
17. Baş Mil-Muğan kollektoru istismarı idarəsi.
18. Mərkəzi-Muğan
kollektoru istismarı idarəsi.
19.
Mil-Qarabağ və Aşağı Şirvan
kollektorlarının istismarı idarəsi.
20.
Sabirabad meliorasiya idarəsi.
21. Ucar
meliorasiya idarəsi.
22.
Ağcabədi meliorasiya idarəsi.
23. Beyləqan
meliorasiya idarəsi.
24.
Şirvan meşə meliorasiya idarəsi.
25.
Mil-Muğan meşə meliorasiya idarəsi.
26.
Qarabağ meşə meliorasiya idarəsi.
27.
Ağdaş suvarma sistemləri idarəsi.
28.
Ağcabədi suvarma sistemləri idarəsi.
29.
Ağstafa suvarma sistemləri idarəsi.
30.
Ağsu suvarma sistemləri idarəsi.
31. Astara
suvarma sistemləri idarəsi.
32. Bərdə
suvarma sistemləri idarəsi.
33. Beyləqan
suvarma sistemləri idarəsi.
34. Balakən
suvarma sistemləri idarəsi.
35. Qax
suvarma sistemləri idarəsi.
36. Qəbələ
suvarma sistemləri idarəsi.
37. Quba
suvarma sistemləri idarəsi.
38. Qusar
suvarma sistemləri idarəsi.
39. Qazax
suvarma sistemləri idarəsi.
40.
Qubadlı suvarma sistemləri idarəsi.
41.
Şabran suvarma sistemləri idarəsi.
42.
Zaqatala suvarma sistemləri idarəsi.
43. Zəngilan
suvarma sistemləri idarəsi.
44.
İmişli suvarma sistemləri idarəsi.
45.
İsmayıllı suvarma sistemləri idarəsi.
46. Yevlax
suvarma sistemləri idarəsi.
47. Kəlbəcər
suvarma sistemləri idarəsi.
48.
Kürdəmir suvarma sistemləri idarəsi.
49.
Goranboy suvarma sistemləri idarəsi.
50.
Göyçay suvarma sistemləri idarəsi.
51.
Oğuz suvarma sistemləri idarəsi.
52.
Saatlı suvarma sistemləri idarəsi.
53.
Sabirabad suvarma sistemləri idarəsi.
54. Samux
suvarma sistemləri idarəsi.
55. Siyəzən
suvarma sistemləri idarəsi.
56. Tərtər
suvarma sistemləri idarəsi.
57. Tovuz
suvarma sistemləri idarəsi.
58. Ucar
suvarma sistemləri idarəsi.
59.
Füzuli suvarma sistemləri idarəsi.
60.
Göygöl suvarma sistemləri idarəsi.
61.
Xaçmaz suvarma sistemləri idarəsi.
62.
Xızı suvarma sistemləri idarəsi.
63. Cəbrayıl
suvarma sistemləri idarəsi.
64. Şəmkir
suvarma sistemləri idarəsi.
65. Şəki
suvarma sistemləri idarəsi.
66.
Şamaxı suvarma sistemləri idarəsi.
67. Cəlilabad
suvarma sistemləri idarəsi.
68.
Abşeron suvarma sistemləri idarəsi.
69.
Hacıqabul suvarma sistemləri idarəsi.
70. Biləsuvar
suvarma sistemləri idarəsi.
71.
Laçın suvarma sistemləri idarəsi.
72. Zərdab
suvarma sistemləri idarəsi.
73.
NeftçaIa suvarma sistemləri idarəsi.
74. Salyan
suvarma sistemləri idarəsi.
75. Xocavənd
suvarma sistemləri idarəsi.
76. Mollakənd
mexaniki suvarma idarəsi.
77. Pirəzə
mexaniki suvarma idarəsi.
78.
Sabirabad mexaniki suvarma idarəsi.
79.
Ağdam mexaniki suvarma idarəsi.
80.
Ağcabədi subartezian quyularının istismarı idarəsi.
81. Beyləqan
subartezian quyularının istismarı idarəsi.
82. Bərdə
subartezian quyularının istismarı idarəsi.
83.
Goranboy subartezian quyularının istismarı idarəsi.
84. Tərtər
subartezian quyularının istismarı idarəsi.
85. Tovuz
subartezian quyularının istismarı idarəsi.
86. Şəmkir
subartezian quyularının istismarı idarəsi.
87. Şəki
subartezian quyularının istismarı idarəsi.
88.
Qobustan qış otlaqların su təminatı sistemləri
istismarı idarəsi.
89.
Ceyrançöl qış otlaqların su təminatı
sistemləri istismarı idarəsi.
90.
Bozdağ qış otlaqların su təminatı sistemləri
istismarı idarəsi.
91.
Acı-Nohur qış otlaqların su təminatı sistemləri
istismarı idarəsi.
92. Mərkəzi-Muğan
qış otlaqların su təminatı sistemləri
istismarı idarəsi.
93. Pirsaat
qış otlaqların su təminatı sistemləri
istismarı idarəsi.
94.
Şirvan qış otlaqların su təminatı sistemləri
istismarı idarəsi.
95.
Meliorasiya-irriqasiya obyektlərinin qeydiyyatı və suların
istifadəsinə-mühafizəsinə nəzarət idarəsi.
96.
Hidrogeoloji-meliorativ xidmət idarəsi.
97.
Texnoloji-istehsaIat komplektləşdirmə idarəsi.
98. Azərbaycan
Hidrotexnika və Meliorasiya Elm- İstehsalat Birliyi:
-
Muğan meliorativ təcrübə stansiyası;
-
Abşeron suvarmanın mexanikləşdirilməsi təcrübə
stansiyası;
- Şirvan meliorativ təcrübə stansiyası.
99. Azərbaycan
Elmi-Tədqiqat Su Problemləri İnstitutu.
100. Su təsərrüfatı
obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan
Dövlət İnstitutu “Azdövsutəslayihə”.
101. Tikilməkdə
olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş
müdiriyyəti.
102. Azərbaycan Respublikasında suvarma- drenaj
infrastrukturunun bərpası və tamamlanması layihəsinin
həyata keçirilməsi üzrə İşçi Qrupu.
103.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin
həyata keçirilməsi üzrə İşçi Qrupu.
104. Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri
üzrə ikinci layihənin həyata keçirilməsi
üzrə İşçi Qrupu.
105.
Meliorasiya-mexaniki təmir zavodu.
106. Bəhrəmtəpə
dəmir-beton zavodu.
107.
Sumqayıt sənaye kombinatı.
108.
Bakı ixtisaslaşdırılmış elektrik
avadanlıqlarının təmir-quraşdırma və sazlama
idarəsi.
109. Gəncə
ixtisaslaşdırılmış təmir-quraşdırma və
sazlama idarəsi.
110. Ağdam
melioservis idarəsi.
111.
Ağcabədi melioservis idarəsi.
112. Bərdə
melioservis idarəsi.
113. Beyləqan
melioservis idarəsi.
114. Biləsuvar
melioservis idarəsi.
115. Qazax
melioservis idarəsi.
116.
Zaqatala melioservis idarəsi.
117. Zərdab
melioservis idarəsi.
118.
İmişli melioservis idarəsi.
119. Yevlax
melioservis idarəsi.
120.
Kürdəmir melioservis idarəsi.
121.
Göyçay melioservis idarəsi.
122. Lənkəran
melioservis idarəsi.
123.
Masallı melioservis idarəsi.
124.
Neftçala melioservis idarəsi.
125.
Saatlı melioservis idarəsi.
126. Sabirabad melioservis idarəsi.
127. Salyan
melioservis idarəsi.
128. Ucar
melioservis idarəsi.
129. Cəlilabad
melioservis idarəsi.
130.
Füzuli melioservis idarəsi.
131.
Xaçmaz melioservis idarəsi.
132. Şəki
melioservis idarəsi.
133. Subartezian quyularına servis xidməti idarəsi”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.-
24 sentyabr.- S.10.