Əli Həsənov: “Azərbaycan islahatlar astanasında”
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli
Həsənov Rusiyanın
TASS agentliyinin müxbirinə
müsahibəsində ölkə
Konstitusiyasına əlavə
və dəyişikliklərlə
bağlı sentyabrın
26-da keçiriləcək referendum və Azərbaycanda islahatlar barədə danışıb. AZƏRTAC müsahibəni
təqdim edir.
X X X
-Azərbaycan Konstitusiyasına
əlavələr və
dəyişikliklər edilməsi
ilə əlaqədar
referendum keçirilməsi zərurəti hansı amillərlə bağlıdır?
-Azərbaycan Respublikasının
hazırda qüvvədə
olan Konstitusiyası
1995-ci ildə qəbul
edilib. 2002-ci və
2009-cu illərdə Konstitusiyaya
əlavələr və
dəyişikliklər edilməsi
ilə bağlı referendumlar keçirilib.
Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi
zərurəti son 7 ildə
ölkənin ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatında
baş vermiş köklü dəyişikliklərlə,
habelə regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb.
-Konstitusiya islahatı hansı sahələri əhatə edir?
-Referendum
aktında Konstitusiyanın
23 maddəsinə dəyişikliklər
edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr və dəyişikliklər insan
haqlarının və
azadlıqların müdafiəsini
təmin edən əsasların təkmilləşdirilməsini;
effektiv və çevik dövlət idarəçiliyi mexanizminin
formalaşmasını; həyata
keçirilən iqtisadi
islahatların səmərəliliyini
və ardıcıllığını
təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin
təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən
edilməsini; dövlətin
təhlükəsizliyi, cəmiyyətdə
sabitlik üçün
əlavə təminatlar
yaradılmasını nəzərdə
tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının
müasir mərhələsində
onun həyat fəaliyyətinin əsas
sahələrini əhatə
edir.
-Vitse-prezidentlik təsisatının
tətbiq edilməsi nə ilə bağlıdır?
-Dövlət idarəçiliyinin
səmərəli və
çevik mexanizminin formalaşması, icra hakimiyyəti şaqulisinin
və icra intizamının möhkəmlənməsi
üçün beynəlxalq
təcrübədə də
operativ və effektiv idarəetmənin təmin edilməsi üçün əlverişli
mexanizm kimi özünü doğrultmuş
vitse-prezidentlik təsisatı
yaratmaq təklif olunur.
Dəyişikliklər dövlətin həyat fəaliyyətinin müxtəlif
sahələrinə cavabdeh
olan birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin
təsis olunmasını
nəzərdə tutur. Yeni idarəçilik
təsisatı prezident
idarəçilik formasının
müasir çağırışlara
adekvatlığını təmin
edəcək və fors-major hallarında dövlət idarəçilik
mexanizminin optimal funksionallığı
üçün şərait
yaradacaq. Yenilik ölkədə
artıq uğurla həyata keçirilən
iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi ideyasına
xidmət edir. Yeni təsisatın formalaşması
ilə əlaqədar
Azərbaycan Prezidentinin
səlahiyyətlərinin icraçı
mexanizmi də dəqiqləşdirilir və
dövlət idarəçiliyi
mümkün risklərdən
sığortalanır.
-Referendumdan sonra dəyişikliklərin nə
dərəcədə tez
tətbiq edilməsi nəzərdə tutulur?
-Əgər sentyabrın
26-da Azərbaycan xalqı
Azərbaycan Konstitusiyasına
dəyişikliklərin və
əlavələrin lehinə
səs verərsə,
onda müvafiq dövlət orqanları tərəfindən təsdiq
ediləndən sonra ölkə Prezidenti qanunvericilik qaydasında öz səlahiyyətləri
çərçivəsində referendumun nəticələrinin
reallaşdırılması proseduruna başlayacaq.
-Dövlət başçısının
təşəbbüsünün cəmiyyət tərəfindən
dəstəklənməsi ehtimalı
necədir?
-Prezident İlham Əliyev xalqın çox böyük dəstəyini qazanıb və onun təşəbbüslərinin
praktiki olaraq hamısı Azərbaycan vətəndaşları tərəfindən
bəyənilir. Bu il sentyabrın əvvəlində nüfuzlu
beynəlxalq sosioloji mərkəzlər tərəfindən
aparılmış sorğuların
nəticələrinə əsasən
qəti demək olar ki, ölkə
vətəndaşları Konstitusiyaya
dövlət başçısı
tərəfindən təklif
edilən dəyişiklikləri
və əlavələri
dəstəkləyəcəklər.
Amerikanın “AJF&Associates, Inc.” təşkilatının keçirdiyi
sorğunun nəticələrinə
görə, respondentlərin
92,8 faizi Konstitusiyaya əlavələr
və dəyişikliklər
edilməsinə razılıqlarını
bildirib. Fransanın “Opinion Way” tədqiqat institutu tərəfindən
keçirilmiş sosioloji
sorğu da göstərib ki, respondentlərin 87 faizi Prezidentin təşəbbüsünü
bəyənir.
-Dəyişikliklər və
əlavələrdə yaş
senzinin ləğv edilməsi nəzərdə
tutulur. Bu, o deməkdirmi
ki, respublikanın 18 yaşa çatmış
vətəndaşı ölkənin
prezidenti ola
bilər?
-Beynəlxalq praktika göstərir ki, bir sıra ölkələrdə,
məsələn Fransa
və Finlandiyada seçkili vəzifələr
üçün yaş
senzi müəyyən
edilməyib. Beynəlxalq təcrübəyə uyğun olaraq aşağı yaş senzinin aradan qaldırılması hər
bir insanın öz potensialını reallaşdırmasına imkan
verən mühüm amillərdən biridir.
Bu, vətəndaşların,
xüsusən gənclərin
siyasi fəallığını
stimullaşdırır.
Azərbaycan qanunvericiliyində yüksək
vəzifələr tutmaq
üçün 18-20 yaşlarında
vətəndaşların dövlət
vəzifələrinə seçilməsi
və ya təyin edilməsi imkanını məhdudlaşdıran
tələblər – ali təhsil və s. nəzərdə
tutulur.
-Avropa Şurasının Venesiya Komissiyası lap yaxın günlərdə
Azərbaycan Konstitusiyasına
təklif edilən dəyişikliklərə tənqidi
münasibət bildirib.
Siz həmin rəyi necə səciyyələndirərdiniz?
-Azərbaycan Avropa
Şurasına daxil olandan sonra respublika
hökuməti Venesiya
Komissiyası ilə həmişə səmərəli
əməkdaşlıq edirdi. Tərəflər ümumi dil tapır və bir-birinin mövqelərinə
hörmətlə yanaşırdı.
Bütün hallarda Azərbaycan
tərəfinin rəyi
və arqumentləri öyrənilir və yalnız bundan sonra komissiya öz rəylərini elan edirdi. Təəssüf ki, Azərbaycanda
referendum məsələsinə dair bütün prosedur qaydaları kobud şəkildə pozulub. Adətən belə məsələləri
üç ay ərzində
nəzərdən keçirən
komissiya bu dəfə tələm-tələsik,
Azərbaycan tərəfinin
dinlənilmək hüququna
məhəl qoymadan, konspirativ formada, iki həftə ərzində özünün
çoxsaylı qeyri-dəqiqliklər
və kobud səhvlərlə dolu rəyini hazırlayıb və yayıb.
Venesiya Komissiyası
ilə əməkdaşlıq
təcrübəsinə əsaslanaraq,
habelə onun fəaliyyətinin xarakterini
nəzərə alaraq
əminliklə demək
olar ki, bu qurum öz
nüfuzuna xələl
gətirərək, məcburi
şəkildə siyasi
sifarişi yerinə yetirib.
-İqtisadi idarəçilik
və dövlət idarəçiliyi sahəsində
radikal islahatlar gözlənilirmi?
-Konstitusiya islahatının
əsas ideyası dövlət idarəçiliyinin
və iqtisadi idarəçiliyin daha səmərəli mexanizmlərinin
yaradılması üçün
zəruri şəraitin
təmin edilməsidir.
Azərbaycan Prezidenti İlham
Əliyev 2016-cı ili Azərbaycan iqtisadiyyatını postneft
dövrünün tələblərinə
uyğun vəziyyətə
gətirməli olan iqtisadi islahatlar ili kimi səciyyələndirib.
Yeni mərhələnin əsas
prioritetləri ölkə
iqtisadiyyatının beynəlxalq
məkanda rəqabət
qabiliyyətinin artırılması
olacaq. 2025-ci ilə qədər və sonrakı illər üçün nəzərdə tutulan ümumi hədəfləri
müəyyən edən
yeni iqtisadi islahatların yol xəritəsi artıq tərtib olunub.
Hesab edirəm
ki, dərin iqtisadi transformasiya perspektivinə görə
müvafiq dəyişikliklər
aparılması və
nəzərdə tutulan
məqsədləri həyata
keçirməyə qabil
olan daha mükəmməl mexanizmlər
yaradılması tələb
olunur. Buna görə
də şübhəsiz
ki, dövlət idarəçiliyinin islahatı
üzrə ardıcıl
və konkret addımlar atılmalıdır.
Əminəm ki, Azərbaycan xalqı Prezidentin ölkənin yeni çağırışlara uyğun
uğurlu inkişafını
təmin edəcək
qanunvericilik təşəbbüsünü
dəstəkləyəcək.
Azərbaycan.- 2016.- 25 sentyabr.- S.2.