Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 352
¹ 352 Bakı
şəhəri, 20 sentyabr 2016-cı il
“Dövlət orqanlarının internet
informasiya ehtiyatlarının yaradılmasına və idarə
edilməsinə dair Tələblər”in təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
“Dövlət
orqanları tərəfindən həyata keçirilən xidmətlərin
Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, N 9, maddə 915) ilə təsdiq
edilmiş “Dövlət orqanlarının internet informasiya
ehtiyatlarının yaradılmasına və idarə edilməsinə
dair Tələblər”in 5.2-ci bəndində “elektron xidmətlər”
sözləri “dövlət xidmətləri” sözləri ilə
əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 24 sentyabr.- S.10.