Yenidən qurulan Heydər Əliyev parkı
sumqayıtlıların sevimli istirahət
məkanıdır
Sentyabrın
27-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Sumqayıtda əsaslı təmir edilərək
yenidən qurulan Heydər Əliyev parkında yaradılan
şəraitlə tanış olub.
Dövlət
başçısı elektromobillə parkın ərazisini gəzdi.
Məlumat
verildi ki, son dövrlərdə Sumqayıtda əsaslı təmir
olunaraq yenidən qurulan istirahət məkanlarından biri də
Heydər Əliyev parkıdır. Parkın ümumi sahəsi
8 hektardır. Bu park 1995-1996-cı illərdə
salınıb. Ötən ildən başlayan əsaslı təmir
və yenidənqurma işlərindən sonra parkın ərazisi
genişləndirilərək 15 min kvadratmetrə
çatdırılıb. Görülən işlər
çərçivəsində parkın girişi və saat
qülləsi yenidən qurulub. Burada Bayraq Meydanı da
yaradılıb. Buradakı bayraq dirəyinin
hündürlüyü 67 metrdir.
Qeyd
edildi ki, parkın ərazisində aparılan geniş
abadlıq işləri çərçivəsində 5 mindən
çox ağac əkilib, 25 min kvadratmetr ərazi
yaşıllaşdırılıb. Şəhər sakinlərinin
və qonaqların istirahəti üçün parkda hər
cür şərait yaradılıb. Heydər Əliyev Mərkəzi,
Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi
bu parkın ərazisində yerləşir.
AZƏRTAC
Azərbaycan.-2016.- 28 sentyabr.- S.3.