Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 361
¹ 361
Bakı şəhəri,
23 sentyabr 2016-cı il
Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin
və icmal büdcənin layihələri
və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri,
Azərbaycan Respublikasının
2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 31
oktyabr tarixli 809 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları
əsasında hazırladığı
“Azərbaycan Respublikasının
2017-ci il üzrə dövlət büdcəsinin
və icmal büdcənin layihələri
və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri”
və Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2017-ci il
və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
2. Bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə
tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2016.- 25 sentyabr.- S.3.