Azərbaycanda referendum beynəlxalq
standartlara uyğun keçirilib
Avropa Seçkilərin
Müşahidəsi Akademiyası
müşahidə missiyasının
rəyi belədir
Azərbaycan Konstitusiyasına əlavə
və dəyişikliklərlə
bağlı referendum beynəlxalq
standartlara uyğun keçirildi.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Avropa Seçkilərin Müşahidəsi
Akademiyası (ASMA) müşahidə
missiyasının rəhbəri,
Malta parlamentinin spikeri
Ancelo Farruca deyib. O bildirib ki, bu referendum səsvermənin
ədalətli və azad keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə
əsasən təşkil
edilib. Beynəlxalq müşahidəçilər
səsvermə bülletenində
təklif edilən 29 düzəlişin hər
biri barədə ayrı-ayrılıqda seçicilərin
fikrinin soruşulmasını
müsbət qarşılayırlar.
Bununla bütövlükdə təklif
edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı
alınıb. ASMA müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında
təxminən 20 dairə
üzrə müşahidə
aparıblar. Referendum dinc keçib, səsvermə məntəqələrinə
sərbəst və maneəsiz giriş olub. Yerli orqanlar və
polisin seçki prosesinə müdaxiləsi
müşahidə edilməyib.
Seçicilərin qeydiyyatı ilə
bağlı problemlər
olmayıb. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə
edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılıb”.
Ancelo Farruca qeyd edib
ki, ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq,
təyinatlı heyət
tərəfindən peşəkarcasına
və mütəşəkkil
aparılıb: “Səsvermə
məntəqələrinin əksəriyyətində xeyli
sayda yerli müşahidəçi iştirak
edirdi ki, bu da vətəndaş
cəmiyyətinin həqiqi
öhdəliyinin göstəricisi
idi. Səsvermə məntəqəsində səslərin sayılması
açıq və şəffaf keçib.
Müşahidəçilər səslərin sayılmasını
tam izləyib və heç bir problem qeydə alınmayıb.
Biz nəticələrlə
bağlı rəsmi protokolların surətinin
müşahidəçilərə paylanması faktını
təqdirəlayiq hesab
edirik. Hər seçki məntəqəsinin
nəticəsi təyinatlı
qutuda möhürlənərək
dairə səviyyəsində
mərkəzi qərargaha
göndərildi”.
Missiya rəhbəri referendumun seçicilərin böyük
əksəriyyəti tərəfindən
dəstəkləndiyini deyib:
“Azərbaycan xalqı
güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın
ifadə edir. Bu, referendum günü beynəlxalq müşahidəçilərə
müraciət edən
seçicilər tərəfindən
ifadə edilib”.
Azərbaycan.-2016.-
28 sentyabr.- S.11.