Azərbaycan və
Pakistan arasında siyasi
əlaqələr yüksək səviyyədədir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rana Tanvir Hussain “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluğunu ifadə edib və bu sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib.
Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın Baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
Görüşdə Azərbaycan
və Pakistan arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə
inkişaf etdiyi
vurğulanıb və digər sahələrdə olduğu kimi, müdafiə
və hərbi sənaye sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi
üçün əlverişli imkanların mövcudluğu bildirilib. Özəl sektor,
əczaçılıq, toxuculuq, kənd
təsərrüfatı və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi və birgə səylərlə iki ölkə arasında ticarət dövriyyəsinin
artırılmasının vacibliyi diqqətə
çatdırılıb.
Azərbaycan.-2016.- 28 sentyabr.- S.11.