Qusarın müasir tipli intensiv alma
bağlarında bol məhsul yetişdirilib
Hazırda alma bağlarında məhsul
yığımı aparılır. Rayonun Kuzunqışlaq kəndində
200 hektardan çox sahədə əkilən intensiv meyvə
bağlarında almanın 10-dan artıq növü becərilir.
Bu bağların
ilk məhsulu avqust ayında toplanılıb. Tezyetişən
“Royal qala” sortlardan bol məhsul əldə olunub. Hazırda isə
“Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith” sortlarının becərlidiyi
bağların məhsulu toplanılır.
İntensiv
alma bağlarına qulluq edən aqronom Abul Bayramov burada daha
çox fransız alma sortlarının becərildiyini bildirir.
Bu sortlar ənənəvi alma bağlarından 3-4 dəfə
daha çox məhsuldardır. Belə ki, ənənəvi
bağların hər hektarından 20-25 ton məhsul
toplanılırsa, intensiv bağçılıqda bu göstərici
60-80 ton arasında dəyişir.
İntensiv
bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən
də azdır. Ağaclara il ərzində müxtəlif
aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama
işləri görülür. İntensiv
bağçılığın əsas üstünlüklərindən
biri də meyvə tinginin elə əkilən ili məhsula
düşməsidir. İllər keçdikcə məhsuldarlıq
da yüksək olur.
Meyvə
bağlarından toplanan almanın bir qismi soyuducu anbarlarda
saxlanılır. Yığılan
məhsulun böyük hissəsi isə satış
üçün Rusiya bazarlarına göndərilir.
AZƏRTAC
Azərbaycan.- 2016.- 25 sentyabr.- S.5.